Yuxarı

Qənirə Paşayevanın səsi Brüsseldən gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel Azad Universitetində Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyilə "Qafqazda və bölgədə erməni problemi" adlı elmi-praktiki konfrans keçirilib.

Konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor təşkilatımız - Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresidir. Konfransda çıxış edən səfir Fuad İsgəndərov qeyd olunan mövzu çərçivəsində Ermənistan–Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.

Konfransda məruzəçi qismində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dinləyicilərə geniş məlumatlar verib: "Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olmalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi".

Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini pozaraq Azərbaycan torpaqlarını işğal edib. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili, "İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı, 100 mindən çox insan sağlamlığını itirib. Hələ bu siyahıya psixi strees keçirənlər daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir cinayət törədib", - deyə qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq deyib. Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, qatillərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.

O bildirib ki, "22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil, türk olduğu üçün gerçəkləşdirildi. Bunu erməni "ziyalıları" özləri etiraf edirlər. Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmamalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir".

Tədbirdə belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəsis Mixael Lvor, Dr. Vəfa Qurban (Dokuz Eylül Üniversitesi) də geniş çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin işğalçılıq siyasətinin tarixi kökləri və bölgədə yaşatdığı acılar, qondarma erməni soyqırımı iddiaları və ona qarşı mübarizə yolları və s. mövzularda danışmışlar.

Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb. ("Publika.az")

Tarix
2014.03.02 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla