Yuxarı

Ukrayna ordusuna Krımdan çıxmaq üçün vaxt verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:45

Qərbi Ukraynadan olan əsgərlərə Krımı tərk etmək əmri verildi.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım Muxtariyyətinin Baş nazirinin müavini Rüstəm Temirqalıyev çıxış edib.

O, əsgərlərə Krımı rahat tərk etmək üçün şərati yaradılacağını bildirib:

"Kiyevdən olan KİV-in yaydığı xəbərlərlə bölgədə vəziyyəti ağırlaşdırırlar. Hələ də Krımda heç bir toqquşma baş verməyib. Biz Krım hakimiyyətinə tabe olmaqdan imtina edən əsgərlərə yarımadanı rahat tərk etməyə şərait yaradacağıq".

Qeyd edək ki, artıq Krımda nəzarət Ukrayna dövlətinin əlindən çıxıb.

***

15:22

Ukrayna hərbi donanmasının Sevastopoldan çıxmasına üç gün vaxt verilib.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna ordusuna xidmətdən imtina edərək Rusiya tərəfə keçən Denis Berezovski çıxış edib.

O, Sevastopoldan Ukrayna donanmasının çıxmayacağı halda buna məcbur ediləcəyini bildirib.

Hazırda Sevastopoldakı donanmaya rəhbərlik edən Sergey Qayduk isə heç bir yerə getməyəcəklərini bəyan edib.

Qeyd edək ki, hazırda Ukrayna donanmasının qarşısında milliyətcə rus olan vətəndaşlar etiraz edirlər. Onlardan bir az kənarda isə Rusiya ordusunun əsgərləri mövqe tutublar.

Tarix
2014.03.03 / 15:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla