Yuxarı

Yazarlarımızın ingiliscə kitabı hazırlanır – JEM

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzi (JEM) yeni layihəyə başlayır. Layihə "Azərbaycanın istedadlı yazarlarının tanıdılması üçün bədii əsər müsabiqələrinin təşkili" istiqamətində həyata keçiriləcək. "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" adlı 4 aylıq layihənin maliyyə yardımçısı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

JEM-in mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, layihə çərçivəsində 10 yazarın hekayəsi ingilis dilinə tərcümə ediləcək və tərcümələr kitab şəklində nəşr olunaraq ölkəmizdəki səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə hədiyyə veriləcək. Bununla yanaşı, xaricə işgüzar səfər edən QHT əməkdaşları da həmin kitabları əcnəbi həmkarlarına bağışlayacaqlar.

Məlumatda deyilir ki, yazarlar JEM-in üzvü olan tanınmış jurnalistlər tərəfindən seçiləcək: "Əsas meyar kimi istedad, peşəkarlıq və yazarın oxucu dairəsinin geniş olması faktı götürüləcək. Kifayət qədər zövqlü oxucusu olan istedadlı yazarlarımız çoxdur. Onların hekayə janrında yazdığı əsərlərə ədəbi mühitdə maraq var. Sosial şəbəkələrin geniş yayılması nəticəsində kimin hansı istedada sahib olduğu aydın görünür. Belə müəlliflərdən ən çox oxunanlarını sadə sorğu ilə də müəyyənləşdirmək mümkündür. Seçilən yazarlara hekayə təqdim etmələri üçün müraciət olunacaq. Hər yazar hansı hekayəsini daha uğurlu hesab edir, onu JEM-in e-mail ünvanlarına – (jem.info@mail.ru), (ceyhunmusaoglu@mail.ru) göndərəcək".

JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdır. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.

Tarix
2014.03.03 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla