Yuxarı

1400 vətəndaşa avtomatlaşdırılmış pensiya təyin edilib

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2006-cı ildə ölkə üzrə pensiyaların orta aylıq məbləği 28,5 manat olub. Hazırda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 170,4 manata çatdırılmışdır ki, bu da 2006-cı illin müvafiq göstəricisi ilə müqayisədə 141,9 manat və ya 5,9 dəfə çoxdur".

Bu barədə "Axar.az"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Açıqlamaya əsasən, ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40,7 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

DSMF-nin məlumatına görə, hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib. Halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğdə olub.

"Hər il əmək pensiyalarının sığorta hissəsinə əlavə olunan indeksləşdirmə artımları da pensiyaçıların sosial müdafiəsinin möhkəmləndirilməsinə xidmət edən amillərdəndir. Bu artımlar bir qayda olaraq hər ilin əvvəlində tətbiq olunmaqla ötən ilin istehlak qiymətləri indeksinin səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilir. Belə ki, 2014-cü il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2013-cü il səviyyəsinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq edilib".

Hazırda DSMF istər əmək pensiyalarının baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi Fondun mərkəzi aparatının təqdim etdiyi xüsusi proqramla avtomatlaşdırılmış qaydada həyata keçirilir . 2013-cü ilin iyul ayının 11-dən etibarən ölkəmizdə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıb. Sistemin tətbiq olunduğu vaxtdan indiyədək 1400-dən çox vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Tarix
2014.03.03 / 16:47
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla