Yuxarı

Vətəndaşların pensiyası niyə batır? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pensiya yaşına çatmadan ölən vətəndaşlarımızın sosial müavinət üçün yığılan pulları bizdə adətən batıb gedir".

"Axar.az"ın pensiyalarla bağlı sualına cavab verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşı Radil Fətullayevin sözlərinə görə, bir çox ölkələrdə bu məsələ ilə bağlı fərqli təcrübə var: "Avropa ölkələrində insanların əməkhaqqı fondunun 20-25 faizi sosial fonda köçürülür. Bu dəqiqə həmin ölkələrdə elə insanlar var ki, onların hesabında 450-500 min avro pul var. Onlar istəsələr həmin pulu bir dəfəyə, yaxud hissə-hissə çıxara bilərlər. Elə insan olur ki, o insan həmin vəsaiti tam götürüb özü üçün müəyyən işlər görür. Təbii ki, bu, həmin insanın təbii haqqıdır. Bizdə isə vəziyyət fərqlidir. Xarici ölkələrdə insan pensiya yaşına çatmadan ölərsə, ona çatmalı olan vəsait övladına, yaxud da hansısa varisinə verilir. Bizdə isə bu cür halların 90%-də həmin pullar batır. Əgər həmin vətəndaş əlildirsə, yaxud xüsusi hansısa statusu varsa, o zaman həmin pullar onun övladına verilə bilər. Digər problem isə pensiya yaşına çatmış şəxsin ölümündən sonra başlanır. Misal üçün, əgər hansısa adam 63 yaşında çatır və 1 il pensiya alır. 64 yaşında isə vəfat edir və bu o deməkdir ki, pensiya artıq batır. Mən hesab edirəm ki, həmin pensiyanın onun ailəsinə çatması daha düzgün olardı".

Ekspertin fikrincə, Azərbaycandan fərqli olaraq bir çox xarici ölkələrdə özəl sosial fondların olması da bu prosesə müsbət təsir göstərir: "Xaricdə özəl sosial sığorta fondları var və şəxs istəyir ki, dövlət yox, özəl fondda vəsaitini sığortalatsın. Bu onun üçün problem olmur. Çünki bütün şərtlər özəl fondla razılaşmada da həyata keçir və təbii ki, həmin fondların öz şərtlər olur. Həmçinin özəl sosial sığorta fondları köçürülən vəsaitdən öz maraqlarına uyğun istifadə edirlər".

Bu, Azərbaycanda səhiyyənin durumu ilə bağlıdır

"Güzəran" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Azərbaycan iqtisadiyyatının özəl sosial müdafiə fondlarının yaradılmasına hazır olmadığını bildirdi: "Öncə onu deyim ki, xaricdə dövlət sosial fondunun özəlləşdirilməsi ilə bağlı praktika yoxdur. Yalnız paralel özəl fondlar var. Yəni onlar dövlət fondu ilə paralel olaraq fəaliyyət göstərir. Amma bu praktikanın Azərbaycanda tətbiq edilməsi hələ tezdir. Çünki Azərbaycan iqtisadiyyatı hələ buna hazır deyil".

Q. İbrahimli ölkədə orta ömrün az olması ilə bağlı fikirlərlə razılaşdığını və bunun tibbin durumu ilə bağlı olduğunu qeyd etdi: "Sovet dövrünə nisbətən indi orta ömür həddi çox azdır. Orta ömür sənədlərdə göstərildiyi kimi 72 deyil, daha azdır. Təxminən 65-66 yaş. Bu isə Azərbaycanda səhiyyənin durumu ilə əlaqədardır".

Xatırladaq ki, hazırda ölkədə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 59 yaş yarım (59,5) hesab olunur. Açıqlamalara görə, pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürülüb. Onlardan yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır. Ümumi göstərici cari ilin göstəricisindən 1100 nəfər azdır.

Tarix
2014.03.03 / 18:12
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla