Yuxarı

Kasparov Xorvatiya vətəndaşlığını qəbul etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya hökuməti tanınmış şahmatçı Harri Kasparova vətəndaşlıq verib.

"Axar.az" xəbər verir ki, bu barədə qərar ötən həftə qəbul edilsə də, rəsmi məlumat bu gün açıqlanıb. Kasparov özü bu haqda facebook səhifəsində hələ fevralın 28-də məlumat yaymışdı. Putin hakimiyyətinə qarşı müxalif mövqeyi ilə tanınan şahmatçı Xorvatiyanın kurort şəhəri Opatiyada şahmat akademiyası açmağı planlaşdırır.

Kasparov məsələyə belə münasibət bildirib: "Mənə göstərdikləri qiymətsiz köməyə görə xorvatiya hakimiyyətinə təşəkkür edirəm. FİDE-nin prezidenti postuna keçiriləcək seçkilər ərəfəsində bu addım mənim üçün böyük dəstək oldu".

Xorvatiya rəsmiləri bildiriblər ki, Kasparovun ölkənin müstəqillik əldə etdiyi vaxt göstərdiyi dəstəyi yüksək dəyərləndirirlər.

Hazırda xaricdə yaşayan Kasparov bildirib ki, o, Putin hakimiyyətinin siyasi repressiyasının qurbanı olmaq istəmir. Şahmatçı bəyan edib ki, Putinin devrilməsi üçün daim mübarizə aparacaq.

Tarix
2014.03.03 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla