Yuxarı

Qızları gəlib ana cənazəsinə sahib çıxmadılar - Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qocalar evindən reportaj

Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün pansionatda olduq. Adətən hamının "Qocalar evi" adlandırdığı bu yerdən reportaj hazırlamaq, orada məskunlaşan insanların durumu ilə maraqlanmaq istədik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Axar.az"ın istəyinə müsbət cavab verdi.

"Qocalar evi"ni ziyarət etmədən öncə xəyallarımız onların qonağı oldu. Görəsən ömürlərinin ahıl çağlarını doğmalarından uzaq keçirən bu insanların əzabları ilə üz-üzə qalmağa gücümüz çatacaqmı? Onlar paytaxtdan yarım saatlıq məsafədə yerləşən bu ocağın soyuqluğuna necə dözürlər? Yaxınları, övladları tərəfindən atılanlara qayğı göstərən insanlar necə, onlara doğma övladlarının hərarətini verə bilirmi?

10 nəfəri tam kimsəsizdir

Qocalar evinin direktoru Qətibə Əsədova ilə söhbət edirik:

"Pansionatda 140 nəfər kimsəsiz qoca yerləşdirilib. İnanın, onlara kimsəsiz demək düzgün deyil. Onların qidalanması, səhhəti, vaxtlarını səmərəli keçirməsi üçün hər cür şəraiti yaradılıb. Sakinlərimizdən 80 nəfəri qadın, 60 nəfəri kişidir. Bunlardan yalnız 10 nəfəri tam kimsəsizdir. Qalanlarının hamısının doğmaları, qohum-əqrabası, övladı var. Düzdür, həmin insanlar da doğma insanlarının mehrindən çox uzaqdırlar".

Altı nəfərin ailəsini tapmışıq

Qətibə xanım deyir ki, burda qalan insanlar hər şeylə təmin olunub.

"Dövlət tərəfindən bütün təminatları var. Özləri də yüz manatdan yüz yetmiş manata qədər təqaüd alırlar. 2014-cü ilin yanvarından bu yana 4 nəfər sığınacağa gətirilib. Onlardan biri kimsəsizdir, üçünün isə yaxınları var. Araşdırma aparıb, altı nəfərin ailəsini tapmışıq. Onları ailələri ilə barışdırıb, evlərinə yola salmışıq".

Müğənnilərdən biri deyib ki, qocalar kefdədir

Qətibə xanım ağrılı məqamlara da toxunur, bir xanım kövrəkliyi ilə danışır:

"Bu yaxınlarda Fəridə adlı qadın dünyasını dəyişdi. Qızlarını çağırdıq, amma onlar analarının cənazəsinə sahib çıxmadılar. Biz də məcbur olub qadını kimsəsizlər qəbristanlığında dəfn etdik.

Çalışırıq ki, onları darıxmağa qoymayaq. Bunun üçün pansionatımızda konsertlər təşkil olunur. Nazirlik və başqa təşkilatlar xeyriyyə tədbirləri keçirir. Ağrılı hallardan biri də budur ki, bəzən bu qocalara həqarət də edirlər. Müğənnilərdən biri deyib ki, qocalar kefdədir, onlara xeyriyyə konserti keçirməyə ehtiyac yoxdur. Düzdür, onlara diqqət var, amma kefdə deyillər ki. Qocalar burda həkim nəzarətindədir. Özüm də hər gün onları ziyarət edirəm. İnanın, onlarla görüşəndə çox pis oluram, gözlərim dolur. Mən onlara övladlarının yerini verməsəm də, bacardığım qədər qayğı göstərirəm. Burda darıxmasınlar deyə, həftədə üç dəfə emalatxanaya gedib orda öz bildikləri işlə məşğul olurlar. Məsələn, Zəroş adında xanım corab toxuyur, Davud istedadlı rəssamdır, 80 yaşlı Abbas dərzidir".

Pansionatda olarkən orda məskunlaşmış qocalarla da görüşdük. Onlar bizi görəndə çox sevindilər, amma hər biri ilə söhbət etdikdə qəlblərində qırıqlıq, həsrət dolu baxışlar və ən əsası gözlərinin yol çəkdiyini gördük.
Nə yazıq ki, biz onların gözlədikləri deyildik.

Süjetimizi izləyin.

Tarix
2014.03.07 / 22:00
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla