Yuxarı

Avtobus dayanacaqlarını kimlər zəbt edib? - Reportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərdə taksilərin sayı artdıqca onların yaratdığı problemlər də artır. Son zamanlar paytaxtda müşahidə edilən taksi sıxlığı insanlar üçün problemə çevrilib.

Yaşayış binalarının həyəti, səkilər, ticarət mərkəzlərinin və mağazaların qarşısı, avtobus dayanacaqlarını sözün həqiqi mənasında zəbt edən taksilər həm insanlar üçün, həm də avtobus sürücüləri üçün əməlli-başlı başağrısı yaradır. İnsanlar tez-tez avtobusların dayanacaqlarda deyil, birbaşa yolun ortasında, harda gəldi dayanmasından gileylənir.

Bu isə real təhlükə və qəza hallarının artmasına gətirib çıxarır. Bundan əlavə yolun ortasında dayanan avtobuslar yollarda tıxacların yaranmasına səbəb olur. Ancaq problemin kökünə vardıqda görürük ki, burada avtobus sürücülərinin elə də böyük günahı yoxdur. Çünki onları buna vadar edən dayanacaqları zəbt etmiş taksilər və şəxsi avtomobillərdir.

Elə avtobus sürücüləri də bu problemdən ciddi əziyyət çəkdiklərini deyirlər. "Axar.az"a danışan sürücülərin sözlərinə görə, dayanacaqlar zəbt olunduğu üçün böyük avtobusları dayanacaqlara salıb sərnişinləri düşürmək mümkün deyil:

"Sərnişinlərin bizi ittiham etməsi hardasa haqlıdır. Ancaq bütün dayanacaqlar başdan-başa taksilər tərəfindən "zəbt" olunub. Biz də dayanacaqlara girə bilmədiyimiz üçün məcbur olub avtobusu yolun ortasında saxlayırıq. Buna görə də çox zaman insanlar bizi ittiham edirlər".

Elə paytaxtda apardığımız araşdırmalar da avtobus sürücülərinin haqlı olduğunu bir daha təsdiq etdi. Marşrut avtobusların metronun "Koroğlu", "Neftçilər" və digər stansiyalarının ətrafındakı dayanacaqlarda dayanması çox çətin məsələyə çevrilib. Onlar dayanacaqlarda dayanıb avtobus gözləyən sərnişinlər üçün əməlli-başlı əsəb, gərginlik və narahatlıq yaradırlar. Problemin hansı həddə çatması rəsmi qurumlara da bəllidir. Ancaq hələ ki, onların səsi çıxmır. Taksi sürücüləri isə bizimlə söhbətlərində dayanacaqlarda havayı dayanmadıqlarını, bunun üçün haqq ödədiklərini dedilər. Amma kimlərə? Bu suala isə heç bir taksi sürücüsü cavab vermək istəmir. Sadəcə, "guya xəbəriniz yoxdur ki?" deməklə kifayətlənirlər.

56 yaşım var, elə bilirsiniz mənə xoşdur

Elbrus Babayev adlı taksi sürücüsü vətəndaşların onları ittiham etməsi ilə razılaşmır: "Hər kəs bizi ittiham edir. İttiham etməyə nə var ki, bu çox asan bir məsələdir. Amma heç kim maraqlanmır ki, biz niyə yay-qış, isti-soyuq demədən buranı kəsdiririk! 56 yaşım var, elə bilirsiniz mənə xoşdur gəlib burda dayanmaq? Özüm də xəstə adamam, əzab çəkirəm, narahat oluram bu yaşda gəlib burda duranda. Amma nə edim, yaşaya bilmirik, vəziyyətimiz ağırdır. Heç yerdə işləmirəm, dövlət məni işlə təmin etsə, nə işim var burada səhərdən axşama kimi dayanım taksiçilik edim? Normal iş versələr, gedib işləyib ailəmi saxlayaram da... Heç kim kefindən gəlib küçələrdə 5 manat üçün onun-bunun qabağına qaçmaz".

Digər tərəfdən, taksi sürücüləri onlar üçün xüsusi dayanacaqların olmamasından şikayətləndilər. Taksi sürücüləri deyirlər ki, problemin həlli ərazidə onlar üçün xüsusi dayanacaqların təşkil olunmamasındadır:

"Belə olan halda biz avtobus dayanacaqlarını "zəbt" etmərik. Gedib bizim üçün ayrılan yerdə dayanıb, sərnişin gözləyərik".

Qeyd edək ki, bütün dünya ölkələrində ictimai nəqliyyatla yanaşı taksi xidmətləri də fəaliyyət göstərir. Ancaq Azərbaycandan fərqli olaraq, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də böyük şəhərlərdə taksilər onlar üçün ayrılan dayanacaqlarda, parklarda dayanır və kimə lazımdırsa, taksini həmin dayanacaqlardan çağırır. Ekspertlər də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və adı çəkilən metodu ölkəmizə gətirməklə mövcud problemin aradan qalxacağını düşünürlər. Əks halda, hələ uzun illər bu problem aradan qalxmayacaq.

Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də, bu cəhdimiz baş tutmadı.

Tarix
2014.03.11 / 18:45
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla