Yuxarı

İtən təyyarə “11 sentyabr” üçün qaçırılıb - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftədən artıqdır tapılmayan Malaziya təyyarəsi ilə əlaqəli terror iddiaları artır.

"Axar.az" Türk mətbuatına istinadən xəbər verir ki, itkin düşən təyyarənin "11 sentyabr" tipli terror hadisəsi üçün qaçırıldığı və işin içində pilotların da ola biləcəyi ehtimalı irəli sürülüb.

Hava nəqliyyatı naziri Hişamuddin Hüseyn pilotun idarə qülləsinə "gecəniz xeyrə" mesajını vermədən əvvəl radarla əlaqəsinin kəsildiyini bildirib: "Belə hal ya pilot tərəfindən qəsdən, ya da təyyarəni qaçıran kəslərin təhdidi altında baş verə bilər".

Əl-Qaidə şübhəsi

İngiltərədə əl-Qaidə üzvü olmaqla ittiham olunan Sacid Məhəmməd Badat adlı şəxs ötən həftə məhkəmədə Əfqanıstanda tanış olduğu 4-5 malaziyalı mücahidin ona təyyarə qaçırma planından danışdığını və bu kəslərdən birinin pilot olduğunu söyləyib. Badat planın başında "11 sentyabr" hücumunun təşkilatçılarından olan Xalid Şeyx Məhəmmədin də olduğunu deyib.

Nəqliyyat nazirliyi pilot Zahari Əhməd Şah və köməkçisi pilot Faruk Əbdül Həmidin Kuala Lumpurdakı evində iki saat boyunca axtarış aparıldığını bildirib.

"Sunday Express" hakerlərin təyyarənin idarəsini ələ keçərmək üçün cib telefonundan istifadə etdiyindən şübhəli olduğunu yazıb.

Xatırladaq ki, martın 8-i tarixində Malaziyanın paytaxtı Kuala Lumpurdan Çinə istiqamət alan 227 sərnişin və 12 şəxsi heyəti olan "Boeing 777" tipli təyyarə havaya qalxdıqdan qısa bir müddət sonra radarlardan itib.

Tarix
2014.03.17 / 10:54
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla