Yuxarı

Tağı Əhmədovun kadrları işdən çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə "Bakı Metropoliteni" Qapalı Səmhdar Cəmiyyətində ciddi kadr dəyişiklikləri həyata keçiriləcək.

Məlumata görə, yeni Metropoliten rəisi Zaur Hüseynovun vaxtilə Tağı Əhmədovun vəzifə verdiyi yüksək postlu bir neçə məmuru tutduğu vəzifədən azad edəcəyi gözlənilir.

İşdən çıxarılacaq şəxslərin adları hələlik açıqlanmasa da onların kifayət qədər yüksək vəzifə tutduğu qeyd edilir.

Z.Hüseynovun bu addımı atmasının həmin şəxslərin fəaliyyətləri dövründə yol verdikləri ciddi nöqsanlarla bağlı olduğu bildirilir.

Mənbənin bildirdiyinə görə, yeni təyinatlar nisbətən gənc kadrlar olacaq.

QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevanın dəyişdiriləcəyi də yer alan xəbərlər arasındadır.

Qeyd edək ki, vəzifəyə gəlişi ilə metro keçidlərinə ticarət obyeklərinin fəaliyyətini qadağan edən Z.Hüseynov mətbuata ilk açıqlamasında da struktur dəyişikliyinin olacağını gizlətməyib. O fəaliyyəti dövründə yaxşıya doğru dəyişikliklərin olacağını bildirib ("Azvision.az")

Tarix
2014.03.17 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla