Yuxarı

Komediya bitdi, dram davam edir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda keçirilən referendumun nəticələri bəlli oldu. Əhalinin 97 faizi Rusiyanı seçdi. Təbii ki, əhalinin təqribən 60 faizi ruslardan ibarət olan Krımdan belə bir nəticənin ortaya çıxacağı gözlənilən idi.

Çünki rusların Rusiya ilə birgə yaşamaq istəməsindən təbii heç nə ola bilməz. Amma oradakı tatarların da Ukraynanın tərkibində yaşamağı arzu etməsi bir o qədər təbiidir və harada rus əhalisi varsa, oradakıların "hüquqlarını qoruyuram" deyib referendum keçirən, hərbi müdaxilə edən Rusiyanın özündə azlıqda olan xalqları görəsən kim müdafiə edəcək?

Referendumdan sonra ABŞ prezidenti Barak Obama da bunun Rusiyaya baha başa gələcəyini deyərək sözün həqiqi mənasından Putini hədələyib.

Bu hədənin hansı şəkildə və nə formada üz çıxacağını gözləmək lazım gələcək. Çünki Rusiyanın referendum komediyasının ardından Ukraynada yaratdığı dramın davam etməsi onu deməyə əsas verir ki, hələ uzun müddət bu teatr səhnəsinin pərdələri salınmayacaq.

Qərb baş verənlərə qarşılıq olaraq hələ hədə dolu sözlərdən real hərəkətə keçmədiyindən Rusiya daha da möhkəmlənmiş görünür. Hətta "Rusiya1" telekanalının aparıcısı, öz siyasi görüşləri ilə Kremlə yaxın olan Dmitri Kisilyovun ABŞ-ı nüvə silahı ilə hədələməsinə qədər gedib çıxan polemikaların bundan sonra hansı məcrada davam edəcəyini təxmin etmək o qədər də çətin deyil.

Əslində, indiyə qədər baş verənlərin fonunda Qərb sözdə Ukraynanın yanında olduğunu deməklə, Rusiya isə işğal edib Krimı Ukraynadan qoparmaqla məşğul olub. Bəs bundan sonra hadisələrin gedişində nələr dəyişə bilər?

Bundan sonra təbii ki, sual ondan ibarət olmamalıdır ki, Rusiya Krımı işğal edəcək, ya yox?! Rusiya qabalıqla istənilən yerdə istədiyini edə bilər. Məsələ ondadır ki, Krımın işğalının nəticələrini Rusiya qarşılaya biləcək, ya yox?!

Krım ətrafında baş verənlər artıq özünün ən kritik mərhələsinə girib. İndiyə qədər dayanmaq bilməyən Rusiya bundan sonra, türklər demiş, baş verənlərin bədəlini necə ödəyəcək?

Qərb təbii ki, dediyi sözlərin boş yerdə qalması qarşılığında Rusiyanın həmişəki kimi jandarm rolunu daha da qüvvətləndirəcəyini bildiyindən bu ölkəyə qarşı birləşəcək. Əks halda, Qərb bu bölgədə söz sahibliyini itirib bütün ipləri Rusiyanın əlinə vermiş olardı.

Rusiyanı nə gözləyir?

Ölkəyə gələn maliyyə axını dayanacaq, xarici ölkələrlə ticarət əlaqələri səngiyəcək. Bu isə Rusiyanın iqtisadi çöküşünə səbəb olacaq ki, yaxın tarixdə biz bu təcrid olunma nəticəsində İranın necə geri çəkildiyinin şahidi olduqsa, Rusiyanın da geri çəkiləcəyinin şahidi olacağıq.

Yuxarıda adını çəkdiyimiz aparıcı "kimsə Rusiyanı Böyük Səkkizlikdən çıxarmağa cəsarət edə bilməz" deməsinə rəğmən, bu qurumun Rusiyada keçirilməsi nəzərdə tutulan toplantısı təxirə salınıb və bundan sonra ekrandan səsləndirilən hikkə dolu hədəyə rəğmən, Rusiyanın Böyük Səkkizlikdən kənarlaşdırılması da real görünür.

Bu baxımdan qəti demək olar ki, Jirinovski 16 martı bayram elan etməkdə tələsib.

Tarix
2014.03.17 / 21:45
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla