Yuxarı

Bakıda söküləcək evlərin SİYAHISI

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha öncə xəbər verdiyimiz kimi, Bakının Baş Planı və 2030-cu ilə qədər görüləcək işlərin həcmi bütün müzakirələrdən kemib və təsdiqlənmək ərəfəsindədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov paytaxt sakinlərinin xüsisu diqqətində olan bu məsələ ilə bağlı "AzərTac"a açıqlamasında deyib ki, Nəsimi, Yasamal və Nizami rayonları ərazi cəhətdən kiçik, əhalisi isə sıx olan rayonlardır. Yalnız Nəsimi rayonunda bir hektar əraziyə 218 nəfər düşür ki, bu da çox böyük göstəricidir:

"Həmin ərazilərdə unikal və dövlət əhəmiyyətli obyektlər istisna olmaqla, digər inşaat işlərinin aparılması məqsədəuyğun sayılmır. Həmçinin bu rayonlardakı köhnə və yararsız binaların sökülməsi də nəzərdə tutulur.
Qaradağ rayonunda isə vəziyyət xeyli fərqlidir. Əhalisi 122 min nəfər, ərazisi 114 min hektar olan rayonda bir hektara təxminən bir nəfər düşür. Bu amil nəzərə alınmaqla, rayonun sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı hazırlanmışdır. Burada neft-kimya sənayesinin inkişafı, Ələt qəsəbəsində isə hava limanının tikintisi və digər infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar Bakının Baş Planında əksini tapır".




A. Ələsgərov deyib ki, Qaradağ rayonunun bir hissəsi dağlıq ərazidir. Odur ki, bundan necə yararlanmaq barədə də düşünmək lazımdır. Ərazidəki vulkanik yerlərdən turizm məqsədi ilə istifadə oluna bilər.

Tarix
2013.11.10 / 17:04
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Ruslar sərhəddəki dislokasiya məntəqələrini tərk edir

Sülhməramlıların növbəti partiyası Xocalıdan çıxdı - Video

Paşinyan ATƏT sədri ilə görüşdü

Tavuşda demarkasiya niyə dayandırılıb?

Prezident Patrisiya Skotlendi qəbul etdi

Əliyev Şuşadan bizim şərəfimizi… - Militonyan

Putin yerdəyişməsi: “varisi”nin üstündən xətt çəkdi

Mirzoyan Bayramovla Almatı görüşünü şərh etdi

ATƏT sədrinin İrəvanda möhtəşəm “Qərbi Azərbaycan” cavabı

İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla