Yuxarı

Rahib Azəri qəza törədən oğluna görə söyüş söydü – Həqarət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol qəza hadisəsi törədən və Azər Qəribin oğluna məxsus olduğu bildirilən BMW markalı avtomobilin əsl sahibi radio-aparıcı işləmiş, hazırda isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mətbuat katibliyi edən Rahib Azərin oğlu Əliyarzadə Kərimdir.

DİN-dəki mənbələrdən dəqiqləşdirdiyimiz məlumata görə, 10 OE 728 dövlət nömrə nişanlı BMW markalı maşının əsl sahibi Səfərov Anar Vaqif oğlu olsa da, avtomobil etibarnamə ilə Əliyarzadə Kərim Rahib oğluna məxsusdur.

Xatırladaq ki, 9 fevral tarixində "Axar.az" saytında gedən "Tanınmış jurnalistin oğlu qəza törətdi" yazısında Azər Qəribin Kərim adlı oğlunun qəza törətdiyi haqda xəbər gedib. Hadisə ilə bağlı mətbuata açıqlama verən Azər Qərib yayılan məlumatı təkzib edərək, onun Kərim adlı oğlunun olmadığını bildirib.

Oğlunun qəza keçirib-keçirmədiyi və onun səhhəti ilə bağlı Rahib Azəri "Axar.az"ın sualını cavablandırarkən bildirdi ki, jurnalist yazı yazanda atasının adı ilə yazmadığı kimi, kiminsə qəza törətməsinin də atasının adı ilə hallandırılmasını "şərəfsizlik", "deşovıy hərəkət" hesab edir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibliyi vəzifəsini tutan fəsli həmkarımıza öz əxlaqını ortaya qoyduğuna görə təşəkkür edirik.

Tarix
2014.02.10 / 16:56
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla