Yuxarı

Bizə insan lazımdırmı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkələrin inkişafı fərqli amillərlə bağlıdır. Bir çoxları üçün inkişafın, tərəqqinin əldə olunmasında coğrafi mövqe, təbii sərvətlər, kənar müdaxilələr, əlverişli tarixi şərtlər və s. mühüm rol oynayıb. Məsələn, Yaponiyanın inkişafını araşdıran mütəxəssislərin gəldiyi əsas nəticə odur ki, bu ölkənin inkişafında əsas faktor insan amilidir.
XIX əsrin sonlarına yaxın Yaponiya imperatoru Meyconun başlatdığı islahatlar, samuray kültürünü modernləşdirmək cəhdləri ona görə səmərə verdi ki, yapon xarakteri istehsalçı və bilgi toplamaq üzərində qurulmuş kapitalist münasibətlərinin tələbinə tam cavab verirdi.

Bu gün artıq dünyada hər kəs tərəfindən qəbul edilən görüş də bundan ibarətdir ki, müasir dövrün ən böyük inkişaf resursu səmərəli insan faktoruna sahib olmaqdan keçir. Bununla bağlı BMTsəviyyəsində insan inkişafı proqramı belə hazırlanıb. Bu faktorun necə əhəmiyyətli olduğunu göstərmək üçün təkcə neftlə zəngin ərəb ölkələri ilə heç bir təbii sərvətə sahib olmayan Yaponiya və Cənub Şərqi Asiya ölkələrini müqayisə etsək, bütün mənzərə aydın görünər. Demək, savadlı, çalışqan və yüksək təhsil görmüş vətəndaşa sahib olmayan ölkənin təbii sərvətlərlə özünə inkişaf strategiyası qurması heç də uğurlu model deyil.

Biz də istisna deyilik və ölkəmizin gələcəyi neftdən daha çox, insan faktoruna bağlıdır. Bunu təmin etmək üçün isə ilk növbədə insan resursunu inkişaf etdirməklə bağlı dövlətin işlək bir proqrama sahib olması gərəkdir. Bu isə uşaq bağçalarından tutmuş, orta, ali təhsil məktəblərinə, universitetlərin fəaliyyətinə, müasir texnologiyaların tətbiqinə və yaradılmasına, elmi potensialın artırılmasına, effektiv səhiyyə siyasətinin həyata keçirilməsinə, elmə investitsiya qoyulmasının artırılmasına, beynəlxalq təcrübələrin mənimsənilməsinə və.s. qədər geniş, çoxşaxəli bir konsepsiyanın hazırlanmasını və səmərli icrasını nəzərdə tutur.

Təəssüf ki, bu gün neftə və xammal satışına indeksləşmiş düşüncə tərzi insan faktorunu arxa plana keçirib.
Əslində, bu gün orta məktəblərdə geniş yayılmış repititor sistemi paralel məktəb funksiyasını yerinə yetirir və orta məktəblərin normal, qaneedici təhsil vermək iqtidarında olmadığını göstərir. Bu zaman insan inkişafından danışmağa dəyməz. Hətta normal təhsil belə, təkcə statistik bilik aşılamaqla məşğuldursa, bu da səmərəli insan resursu yetişdirmək üçün yetərli deyil. Çünki məktəb ilk növbədə həm də şəxsiyyət, xarakterin formalaşması yükünü daşımağı bacarmalıdır.

Söhbət uğurlu insan hazırlamaqdan gedirsə, bu həm yüksək bilik verməkdən, həm də şəxsiyyətin formalaşması məsələlərini ehtiva edir. Bu baxımdan bir çox özəl məktəblər bilik verilməsi məsələsinin öhdəsindən gələ bilsələr də, şəxsiyyətin formalaşdırılması, xarakterin inkişafı ilə bağlı məsələlər demək olar ki, nəzərə alınmır.
Ancaq bu proses təməlli təhsil hesab olunsa da, digər məsələlərin də nəzərə alınması əsasdır. Bu baxımdan ilk növbədə bizə necə bir insan, vətəndaş gərək olduğunu bilmək üçün hansı xarakter və keyfiyyətlərin, sosial şərtlərin insanımızı daha məhsuldar, bilikli hala gətirməsi ilə bağlı düşünülmüş yol xəritəsinə və hədəfə ehtiyacımız var.

Tarix
2014.02.11 / 09:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla