Ana səhifə Gündəm |
"Azərbaycanın mərkəzi telekanalı Gürcüstanın azadlığını şübhə altında qoyub".
"Axar.az" xəbər verir ki, bu informasiya ilə erməni mətbuatı çıxış edib.
Mətbuat CBC telekanalının Georgi Marqvelaşvilinin Azərbaycana səfəri ərəfəsində dediyi sözlərdən ölkə əleyhinə istifadə etməyə başlayıb: "CBC telekanalı Gürcüstanın azadlığını şübhə altında qoyub. Televiziya "Gürcüstanın azadlığı Azərbaycan investisiyaları ilə qorunur" ifadələrini işlədib".
Erməni KİV-nin bu xəbərindən sonra artıq gürcü mətbuatından da Azərbaycana qarşı etirazlar ucalmağa başlayıb.
Xatırladaq ki, CBC kanalı daha çox ermənilərə qarşı mövqeyi ilə seçilir və təbliğatda mühüm yer tutur. Məhz buna görə də ermənilər bu kanala qarşı anti-təbliğat aparmaq və CBC-i nüfuzdan qalmaq, qınaq obyektinə çevirmək üçün fəaliyyətə keçiblər və gürcülərin dövlətçilik hisslərinə təsir etməklə, xülyalarına nail olmaq istəyirlər.
Tarix
2014.02.11 / 10:08
|
Müəllif
İlkin Həsənov
|