Yuxarı

Masallı, Biləsuvar və Cəlilabada qadın müavinlər təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç cənub rayonunun İcra Hakimiyyəti başçısına yeni xanım müavinlər təyin edilib.

"Axar.az" bildirir ki, həmin rayonlar Masallı, Biləsuvar və Cəlilabaddır.

Masallı rayonunda başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə Gülşən Seyfulla qızı Xəlilova təyin edilib. Bu haqda rmüxbirimizə xanımın özü məlumat verib.

1981-ci il təvəllüdlü Gülşən Xəlilova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunu olub. 10 il Masallıda orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.

Bu günlərdə isə həmin şöbənin rəhbəri və başçının müavini təyin olunub. G.Xəlilovadan öncə bu vəzifəni Nəsir Muxtarlı icra edib.

Aldığımız son məlumata görə, dünən Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Xəyalə Nazim qızı Qəmbərova təyin edilib. Buna qədər o, Bakıda yaşayıb, müəllim işləyib və seçki komissiyasında çalışıb.

Cəlilabadda isə Dürdanə Rafiq qızı Əliyeva həmin şöbəyə rəhbər gətirilib.

Qeyd edək ki, xanımların rəhbər vəzifəyə gətirilməsi Prezident Administrasiyasının göstərişinə əsasən həyata keçirilir.

Tarix
2014.02.11 / 12:35
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla