Yuxarı

Əfsanəvi Komandir cüdo üzrə idman ustasıymış - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"102 erməni öldürən azərbaycanlı zabit" videosuyla gündəmə gələn mərhum Məhərrəm Seyidovun həyatının Qarabağ savaşından öncəki dövrləri kifayət qədər maraqlı olub.

"Axar.az" mərhum mayorun tərcümeyi-halını təqdim edir.

Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı il mayın 1-də Ermənistan Respublikasının Amasya rayonunun Əzizbəy kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəy kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində idmanın cüdo və sambo növləri ilə məşğul olub. Sonralar elə bu idman növündə də "idman ustası" dərəcəsi alıb. Mərhum kapitan daha sonra gənclər arasında Ermənistan çempionluğunu qazanıb.

1984-1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində təhsil alan Məhərrəm Seyidov burada hərbi biliyin sirlərinə yiyələnir. Burada da sevdiyi idman növündən kənar qala bilmir. O 1987-ci ildə keçirilən Hərbçilər arasında Cüdo yarışında Ukrayna çempionu olur.

Doğum günü şəhid olan

1988-1992-cü illərdə SSRİ- nin müxtəlif yerlərində hərbi hissələrdə tağım, bölük komandiri və qərargah rəisi kimi xidmət edir. Qarabağ savaşı başladıqdan sonra dogma vətəninə qayıdan mərhum kapitan burada könüllü olaraq orduya yazılır. 1994-cü il mayın 1-də, 28 yaşı tamam olan gün Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov düşmən gülləsinə tuş gələrək həlak olur.

Onun həyatının müxtəlif dövrlərini əhatə edən fotoları təqdim edirik.

Tarix
2014.02.11 / 15:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla