Yuxarı

Hakimin səlahiyyətləri əlindən alındı: 2 sərəncam, 5 fərman - Yenilənib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev 5 fərman, 2 sərəncam imzalayıb.

"Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Prezident Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin".

İmzalanan fərmanlar müxtəlif istiqamətləri əhatə edir. İlham Əliyev 15 yaşı tamam olmamış vətəndaşlara fərdi identifikasiya kartının verilməsi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi, "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Tarix
2014.02.11 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla