Yuxarı

PA rəsmisindən Xocalı tamaşasına təklif - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rəşid Behbudov adına Mahnı teatrında Turan tele-teatrının aktyorlarının səhnələşdirdiyi Xocalıya həsr edilmiş "Varıq olacağıq və artacağıq" adlı tamaşa göstərilib.

Xocalı Soyqrımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun təşkilatçılığı ilə keçirilən tədbirdə soyqırımın ağrılı məqamlarına toxunulub.

Tədbirə millət vəkilləri Elman Məmmədov, Qənirə Paşayeva, Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Təcim və digər qeyri-hökumət təşkilatları ilə bərabər qonaqlar da qatılıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva gənclərin ruhunda vətənpərvərlik hissinin yüksəldilməsində qeyri-hökumət təşkilatlarının böyük rolunun olduğunu vurğulayıb. Bununla yanaşı millət vəkili xalqın anım günlərini təkcə bu günlərdə deyil, hər gün təbliğ etməyə çağırıb.

Tədbirin digər qonağı Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev önəmli məqamlara toxunaraq bu cür tədbirlərdən razı olmaqla yanaşı, narazı məqamların olduğunu da bildirdi.
"Biz hər zaman erməniləri daha güclü təqdim edirik. Daim özümüzü onların qarşısında əzilmiş, kiçilmiş vəziyyətdə göstərən tamaşalar hazırlayırıq. Biz gərək bunu gənclərimizə bu cür təqdim etməyək. Axı gənclərimiz həmin anları görməyiblər".

Tamaşada həmçinin, Xocalı soyqırımına aid video-çarx göstərildikdən sonra tədbir qonaqların mükafatlanma mərasimi ilə yekunlaşıb.

Tarix
2014.02.11 / 23:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla