Yuxarı

Zakir Həsənovdan daha bir önəmli dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib. Bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək.

Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov verib. Onun sözlərinə görə, bundan sonra nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Niftəliyev bütün bu işlərə rəhbərlik edəcək. Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.

Ü.Cəfərov həmçinin bildirib ki, Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib. Təqdimatı ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib.

O, Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcək. Bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətində olduğuna görə yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir ("Aznews.az").

Tarix
2013.11.07 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla