Yuxarı

Səyavuş Kərimi: “Televizoru nə qədər söndürəcəyik, bilmirəm…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Səyavuş Kəriminin bu gün doğum günüdür. Ömrünün 59-cu ilini qeyd edən bəstakarın təvəllüd günündə onunla görüşüb söhbətləşdik.

- Sizi təbrik edirik, can sağlığı arzulayırıq. Bəs özünüz özünüzə nə arzu edirsiniz?

- Kor nə istər, iki göz, biri əyri biri düz. Sizin mənə arzu etdiyinizi, mən də özümə arzu edirəm. İnanın ki, ad günümü unutmuşdum. Bu yaxınlarda bir aforizm oxudum. Bu dünyanın ən gözəl hədiyyəsi, neməti can sağlığıdır. Həyat iki hissədən ibarətdir. Ağ və sarı...

- 59 illik bir ömrü neçə yaşadığınızı düşünürsünüz?

- Mənim ömrüm hələ qabaqdadır. Amma hərdən deyirəm, zaman nə tez ötüb keçdi. Sanki bir göz qırpımında.

- Hansı illər üçün darıxırsınız?

- İnsan yaşadığı bütün illər üçün darıxır və şirinliyi ilə acısı ilə xatırlayır. Hər yaşımın öz izi var ömrümdə.

İnsan hərdən şıltaqlıq, uşaqlıq etmək istəyir

- Ömür sizi qocalığa aparır. Qorxmursunuz ki?

- Əsla, təki şərəfli qocala bilim. Həyatın ən pik nöqtəsi ölümə doğru gedirəm. Niyə qorxmalıyam ki? Ölümü də ləyaqətlə qarşılamaq lazımdır.

- İtirdikləriniz çoxdur, yoxsa qazandıqlarınız?

- İtirdiklərimin yarasını qazandıqlarım qaysaqlandırdı. Nə itirdiklərimiz, nə də qazandıqlarımız hesablanmır. Həyatda hər şey nisbidir. İnsan ən dogma ata-anasını itirir, amma zaman keçir, bununla belə barışır.

- Gənc yaşınızda etdiyiniz, amma bu yaşınızda çəkindiyiniz hansısa bir əməliniz varmı?

- Ən çox sözü cilalayıram. Bu yaşımda sözün çəkisinə daha çox fikir verirəm. Amma nə olsun ki, yaşlanırıq. İnsan hərdən şıltaqlıq, ərköyünlük, dəlilik, uşaqlıq etmək istəyir.

- Olduğunuz kimi görünürsünüz?

- Göründüyüm kimi insanam...

- Bəstəkarlıq cətindir?

- Yaradıcılığın bütün anları gözəldir. Etdiyin işi sevərək etmək kifayətdir. Həyatda cətin heç nə yoxdur. Yetər ki, sən həlli olan yollardan keçəsən.

- Bu gün filmlərə, teleseriallara dəvət alırsınız?

- Yox almıram. Alsam da, çəkilmərəm. Mən yetərincə tanınıram. Cəmiyyət Səyavuşun simasını tanıyır. Artıq kifayətdir.

- Teleseriallardan söz düşmüşkən, hansısa serialı izləyirsinizmi? Bəyəndiyiniz varmı?

- Yalan danışmayım. Yox, izləmirəm. Ancaq idman proqramlarına üstünlük verirəm.

- İdmanla məşğul olursunuz?

- Zamanında olmuşam. Ox atmışam, basketbol və futbol oynamışam. İdmanı çox sevmişəm.

İndi kütlə incəsənət adamlarını arxasınca aparır

- Azərbaycan mediasına arzunuz varmı? Deyirsiniz ki, gün o gün olsun, bizim efirimizdə də səviyyəli musiqi təbliğ olunsun. Bəyənmirsiniz bu günün ritmini?

- Zaman vardı mədəniyyət və incəsənət adamları kütləni öz arxasınca aparardı. Amma indi kütlə incəsənət adamlarını arxasınca aparır. Nəticə də göz qabağındadır. Mədəniyyət daim tərbiyə edilməlidir. Bunu mədəniyyət naziri gəlib eləmir. Hamı öz evində etməlidir. Bu gün də arxasınca getmək mümkün olan insanlar, şəxsiyyətlər var. Ancaq təbliğ olunanlar başqadır. Televizoru nə qədər söndürəcəyik, bilmirəm. Onu bilirəm ki, bizim mədəniyyətimiz bu deyil. Gərək mikrobun, infeksiyanın, virusun düşdüyü nöqtəni tapaq və qarşısını peyvəndlərlə alaq. Oxumaq pis iş deyil. Sadəcə, oxumaq bilirsənsə, oxu... Həvəsin var oxumağa, ocağın kənarında dovğa bulayanda oxu... Belə insanları efirə buraxmaq olmaz.

- Bu günkü mahnıların musiqisini bəyənmirsiniz, yoxsa sözlərini?

- Bilirsinizmi, birinci ifadır. Pis mahnı yoxdur, pis təqdimat var. Nəğmə ilə şənlənirik, qəmlənirik.

- Kimləri dinləyirsiniz

- Adlarını bilmirəm. Yol gedəndə FM dalğalarında gənclərin səsini eşidirəm. Xoşuma gəlir. Özümə seçim qoymuram. Kim oldu dinləyirəm. Əsas odur ki, yaxşı musiqi eşidim.

- Sənətçi üçün təhsil vacibdir?

- Əlbəttə... Ali təhsil qıfılın açarıdır.

- Bəs niyə bu günkü müğənnilər təhsildən qaçır?

- Baxır oxumağa nə məqsədlə başlayıb. Əgər tanınmış insan olmaq fikrindədirsə, mütləq iki daşın arasında da olsa, təhsil alacaq. Əgər oxumağa biznes qurmaq üçün gəlibsə, təbii ki, təhsil almayacaq. Deyəcək, mənə lazım olan toydur. O da "tutursa", bəsimdir. Yəqin zaman gələcək bu məsələ həllini tapacaq. Gözləyək, yaxşı olar inşallah...

Tarix
2013.11.09 / 14:04
Müəllif
Aysel
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla