Yuxarı

Bu gün Aşura günüdür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir sıra müsəlman dövlətlərində olduğu kimi, Azərbaycanda da Aşura günü qeyd olunur.

1374 il əvvəl məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn Kərbəla yaxınlığında öz tərəfdarları ilə birgə şəhid olublar.

Onlar Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib. O vaxtdan indiyədək həmin gün, məhərrəm ayının 10-u "Aşura mərasimi" qeyd olunur və 40 gün yas saxlanılır
.

Həmin hadisədən 1400 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün məscidlərə gedib, Allah naminə nəzir verir və ehsan paylayır.

Bu gün də İmam Hüseyn və onun tərəfdarları olan 71 müsəlman Azərbaycanın bütün məscidlərində anılır və bununla bağlı mərasimlər keçirilir.

Bundan başqa, hər il olduğu kimi bu ildə respublikanın bir çox bölgələrində xeyriyyə məqsədi ilə qanvermə aksiyaları da keçirilir. Hazırda Bakı şəhərində "Təzəpir", "Hacı Soltanəli", "Bibiheybət", İçərişəhər "Cümə", "Qaraçuxur", "Mirmövsüm ağa", "Keşlə qəsəbə" məscidlərində qanvermə aksiyaları keçirilir.

Həmçinin Sumqayıt şəhərində "Cümə" məscidi, Gəncə şəhər "İmamzadə" məscidi, Mingəçevir şəhər "Heydər" məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər "Böyük Bazar" məscidi, Bərdə şəhər "Cümə" məscidlərində də bu aksiyaya start verilib.

Tarix
2013.11.14 / 00:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla