Yuxarı

Prezidenti 37 il sonra qəbirdən çıxardılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto


1960-cı illərdə hakimiyyətdə olan Braziliyanın sabiq dövlət başçısı Qoulartın öz əcəliylə ölüb-ölmədiyini müəyyənləşdirmək üçün cəsədi məzarından çıxarıldı.

"Axar.az"ın məlumatına görə, buna səbəb uruqvaylı kəşfiyyatçının açıqlamasıdır. Narkotik ticarətinə görə həbs olunan kəşfiyyatçının dediyinə görə, prezident Qoulart ürək dərmanının zəhərli həblərlə dəyişdirilməsi nəticəsində zəhərlənib.

Qeyd edək ki, dövlət başçıları Juscelino Kubitsçek və Janio Quadrosun köməkçiliyini edən Qoulart 1961-ci ildə, Quadrosun istefasından sonra prezident seçilmişdi. Hakimiyyətə gəldikdən üç il sonra - 1964-cu ildə hərbi çevriliş nəticəsində devrilən Qoulart 1976-cı ildə Argentinada sürgün zamanı həyatını itirmişdi. Cənazəsi vətəni olan Sao Borjaya göndərilmişdi. İnfaktdan öldüyü deyilən Qoulartanın cəsədi nə Argentinada, nə də Braziliyada müayinə edilmişdi.

Braziliya İnsan Haqları Nazirliyi internet saytında açıqlama verərək, Qoulartın zəhərləndiyinə dair şübhələr olduğunu dedi. Bu şübhələr 2008-ci ildə Braziliyada narkotik qaçaqmalçılığından həbs olunan uruqvaylı bir kəşfiyyat səlahiyyətlisinin açıqlamasından sonra yayılıb. Uruquaylı səlahiyyətli Folha da mətbuata Qoulartın Kondor Planı çərçivəsində zəhərləndiyini demişdi.

"Kondor Planı" - 1970-1980-ci illərdə Cənubi Amerikanın böyük bir qisimində iqtidarda olan hərbi birlik tərəfindən bir-birlərinin vətəndaşlarına işgəncə edib öldürmək üçün istifadə edilirdi.

Tarix
2013.11.14 / 02:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla