Yuxarı

Məscidləri “təq” emək olmaz – İlahiyyətçi rəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Məhərrəmlik ayının 10-cu - İmam Hüseyn və onun ailə üzvlərinin qətl olunduğu Aşura günüdür. Matəm günü minlərlə insan məscidlərə axın edib.

Getdiyi ziyarət yerlərini, məscidləri sosial şəbəkələrdə "təq" edən, bu barədə status yazan kifayət qədər sosial şəbəkə istifadəçiləri var ki, onların bu hərəkəti bəzi inanclı insanlarda etiraza səbəb olub.

Bəs görəsən, getdiyimiz məscidlər haqqında sosial şəbəkələrdə məlumat yaymaq doğrudurmu?

Məsələ ilə bağlı "Axar.az"a danışan ilahiyyatçı ekspert Elşad Miri bildirdi ki, bu cür status və "təq" etmələr İslamda yolverilməz səhvlərdəndir. Bu cür hallara xüsusən gənc sosial şəbəkə istifadçilərində rast gəlinir ki, bu da onların İslamı olduğu kimi dərk etməmələrindən xəbər verir:

"İnsanların ildə bir dəfə bu cür yerlərə getmələri bu cür mənasız nəticələr ilə başa çatır. Sözsüz ki, bunun yeganə səbəbi getdiyi yeri insanlara göstərməkdir. O insanlar həmin məscidləri ürəkdən ziyarət etsələr, bu cür mənasız "təq" və ya statuslar yazmazlar. Bu onun göstəricisidir ki, həmin insanlar hələ də İslamın mahiyyətini bilmirlər. Təəssüf olsun ki, həmin insanlar məscidləri yalnız Aşura günü ziyarət etmək lazım olduğunu düşünürlər. Bu isə İslama uyğun bir anlayış deyil".

Elşad Miri ibadətin göstəriş üçün olmasının qətiyyən doğru olmadığını bildirdi:

"Qurani-Kərimdə bu cür ayə var: "Vay o insanın halına ki, onlar etdikləri duanı və qıldıqları namazı görənlik xatirinə edirlər. Göstəriş üçün olunan dualar İslamda qəbul olunmur".

Tarix
2013.11.14 / 17:28
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla