Yuxarı

DİN işgəncə görən uşağın izinə düşə bilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində bir xanım istifadəçi Bakıda bina evlərindən birində uşağın atası tərəfindən döyülməsi ilə bağlı ürəksızladan məlumat və foto yayıb.

Məlumatda deyilir ki, bu uşaq hər gün atası tərəfindən işgəncəyə məruz qalır, sifəti zərbələrdən tanınmaz hala salınır. Məlumatı paylaşan xanım uşağına işgəncə verən həmin kişinin adını çəkməməsini ondan qorxmasıyla izah edib.

Bu vəhşiliklə bağlı hər hansı bir tədbir görülübmü? Ölkədə fəaliyyət göstərən, azyaşlı kimsəsiz uşaqların müdafiəsi və hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları hər hansı bir addımı atıbmı? Bəs dövlət orqanları?

Səhiyyə nazirliyi ünvanı tapa bilmir

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səbahət Əhmədova paylaşılan şəkillə və uşağın zorakılıqla qarşılaşması haqda məlumatlı olduqlarını dedi: "Lakin ünvanı və tam olaraq zərərçəkənin adını bilmədiyimizə görə heç bir kömək edə bilmədik. Biz sosial şəbəkədə bunu yayanlara üz tutduq, ünvanı istədik ki, həmin usagı heç olmasa həkim müayinəsindən keçirib, müalicəsi ilə məşğul ola bilək. Əfsus ki, cavab vermədilər".

DİN-dən bu vəhşiliklə bağlı açıqlama olmayacaq

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə də bu hadisəni analoqu olmayan vəhşilik kimi xarakterizə etdi: "Bu, insanlığa zidd olan bir işgəncədir. Azyaşlı uşağa bu qədər əzab vermək ürəkağrıdıcı haldır. Uşağın şəklini paylaşan o xanıma sərgilədiyi vətəndaşlıq mövqeyinə görə təşəkkür düşür. Lakin o xanım bu hadisə ilə bağlı 102 qaynar xəttinə, yaxud yaxınlıqdakı polis bölməsinə xəbər versəydi, daha yaxşı olardı. Sözsüz ki, araşdırmaya ehtiyac var. Doğrudanmı bu uşaq atası tərəfindən döyülüb, yaxud doğrudanmı bu uşaq paytaxt sakinidir? Ünvan yox, ad yox, müvafiq instansiyalara müraciət yox. Valideynin məsuliyyətə cəlb olunması, onunla profilaktik söhbətin aparılması da bundan sonra mümkün ola bilərdi".

Bu olayla bağlı nazirliyin hər-hansı bir açıqlaması gözlənilirmi və yaxud DİN kimi təcrübəli bir dövlət orqanı üçün bu məsələni dəqiqləşdirməyin nə dərəcədə çətin olub-olmaması ilə bağlı sualımızı isə DİN yetkilisi belə cavablandırdı: "Biz "102 Qaynar xətti"ni ona görə yaratmışıq ki, vətəndaşlar hər hansı bir cinayətin açılmasında bizə yardımçı olsunlar. İndiki halda isə həmin xanım hadisədən xəbər yaysa da, heç bir koordinat göstərməyib. Bizim texniki imkanlarımız imkan vermir ki, bu hadisənin izinə düşə bilək".

Tarix
2013.09.19 / 14:56
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla