Yuxarı

Nazirin bəslədiyi köpək balığı öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq Baş naziri, milyarder Bidzina İvanişvilinin akvariumundakı köpək balığı ölüb.

"Axar.az"ın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Nikoloz Mjavanadze xəbər verib. O, bu məlumatı hansı mənbədən əldə etdiyini deməsə də, etibarlı adamdan eşitdiyini qeyd edib: "Bidzina İvanişviliyə məxsus köpək balığı noyabrın əvvəlində ölüb. Heyvanın ölümünə keyfiyyətsiz suyun səbəb olduğunu deyirlər. Belə bir fikir mövcuddur ki, "Tbilvoda"nın su verdiyi borular müəyyən olunmuş standartlara uyğun gəlmir və ekspertizanın aparılması lazımdır".

Onun sözlərinə görə, Bidzina İvanişvili balığın ölümündən çox təsirlənib. O, mütəxəssislərə suyun keyfiyyətini yoxlamağı tapşırıb.

Qeyd edilir ki, köpək balığı İvanişvilinin biznes mərkəzinə bu ilin oktyabrında gətirilib və nəhəng akvariumda yerləşdirilib. Onun üçün okean mühitinə maksimum uyğun şərait yaradılıb. O da bildirilir ki, bu şəraitin yaradılması üçün 25 ton duz sərf edilib.

Tarix
2013.11.27 / 11:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla