Yuxarı

Prezident iki medalın təsvirini təsdiqlədi - FOTO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident "Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının "əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" qanununda dəyişikliklər təsdiqlənib.

Qanunla təsdiq edilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının təsviri"ndə birinci hissədə "milli" sözündən əvvəl "mərkəzində aypara və səkkizguşəli ulduz olan" sözləri əlavə ediləcək. "35 mm" sözləri "36 mm" sözləri ilə əvəz ediləcək. Beşinci hissədə "səthlidir" sözündən sonra "orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur" sözləri əlavə ediləcək.

"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir. "Üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz ediləcək.
"Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" qanuna dəyişiklərə görə, birinci cümlədə "27 mm x 43 mm" sözləri "37 mm x 50 mm" sözləri ilə əvəz ediləcək.

"Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci və 2-ci dərəcəsi üçün qızılı, 3-cü dərəcəsi üçün gümüşü rəngli, eni 4 mm olan təbəqə bərkidiləcək, "27 mm x 9 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz ediləcək.

Tarix
2013.11.27 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla