Yuxarı

Liviyada silahlı hücum: 4 ölü, 6 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Benqazi şəhərinin müxtəlif yerlərində təşkil edilən silahlı hücumlarda 4 əsgər ölüb, biri ağır olmaqla 6 əsgərsə yaralanıb.

Liviya ordusunun "Xüsusi Qüvvələr" sözçüsü polkovnik Meylud əz-Zəvi açıqlama verərək, naməlum şəxslərin Benqazi şəhərinin ətrafında Bevabətü Buhadi yolunda dəniz piyadasına aid hərbi bölüyə təşkil etdiyi silahlı hücumda 3 əsgərin öldüyünü, 3 əsgərin yaralandığını bildirib.

Bu vaxt Benqazi şəhərinin əs-Sabiri bölgəsində naməlum şəxslərin təşkil etdiyi hücumda 1-ci Piyada Briqadasında əsgər Məhəmməd İbrahim əl-Abdelinin öldüyü bildirilib. Benqazidəki təhlükəsizlik qaynaqlarından alınan məlumata əsasən, Abdeli başından vuraraq öldürüblər.

Digər məlumatda da Benqazi şəhərində başqa bir hərbi patrula təşkil edilən hücumda biri ağır olmaqla 3 əsgər yaralanıb. Benqazinin Suriya prospektində patrul xidmətində olan əsgərlərə atəş açılıb.

Tarix
2013.11.29 / 10:32
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla