Yuxarı

“Şərq tərəfdaşlığı”nın yekun Bəyannaməsi qəbul olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub.

Sənəddə son 2 ildə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.

AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklərini vurğulayıblar. Yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi daxildir. Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönələcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən düzənlənəcək ki, şərq tərəfdaşları tədricən AB-nin enerji bazarına inteqrasiya olsunlar.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı"nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək ("APA").

Tarix
2013.11.29 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla