Yuxarı

Əli İnsanov oktyabrın 28-də azadlığa çıxır – Vəkili danışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş səhiyyə naziri Əli İnsanovun Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı iddiası üzrə oktyabrın 17-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.

Əli İnsanovun vəkili Toğrul Babayevin sözlərinə görə, hakim prosesin təxirə salınmasını Əli İnsanovun məsələsinin oktyabrın 28-də Ali Məhkəmənin Plenumuna çıxarılacağı ilə əlaqələndirib. Vəkil bildirib ki, Plenumda məsələ müzakirəyə çıxarıldıqdan sonra yaxın günlərdə Əli İnsanovun azadlığa buraxılması da gözləniləndir.

Qeyd edək ki, Avropa Məhkəməsi işgəncənin qadağan edilməsi və ədalətli məhkəmə hüququnun təmin olunması maddələri üzrə Ə.İnsanovun hüquqlarının pozulduğunu təsbit edib. Qərar iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim edib.

Tarix
2013.10.18 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla