Yuxarı

Suriyada kəşfiyyat rəisi öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müxalifətçiləri Əsəd rejiminin hərbi kəşfiyyat şefi general-mayor Cami Camiyi öldürüblər. Xəbər ictimaiyyətə Suriya televiziya vasitəsiylə belə çatdırılıb: "Genereal-mayor Cami Cami cümə axşamı Suriyanın şərqində vəzifə başındaykən silahlı qruplar tərəfindən öldürülüb".

"Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Caminin "Deyir el Zor"da öldürüldüyü təxmin edilir.

Suriya dövlət televiziyasının xəbərindən əvvəl özlərini "Aişə bin Sadiq" briqadası adlandıran müxalif silahlı qrup Camini öldürdüklərini iddia etmişdi. General-mayor Cami Cami Suriya ordusu 2005-ci ilin aprel ayında Livan torpaqlarından geri çəkilməmişdən əvvəl "hərbi kəşfiyyatla bağlı təhlükəsizlik başçısının köməkçisi" vəzifəsini icra edirdi.

Daha sonra Cami keçmiş Livan baş naziri Hairi sui-qəsdini araşdırmaqla məşğul olan beynəlxalq heyətin tələbiylə bəzi zabitlərlə birlikdə Livandakı vəzifəsindən geri çəkilmişdi.

Caminin öldürülməsi xəbəri Suriya baş nazirinin köməkçisi Qədri Cəmilin Rusiyanın paytaxtı Moskvada Suriya vətəndaş müharibəsinin başa çatdırılması gözlənilən 2-ci Cenevrə konfransının 23-24 noyabrda reallaşacağını açıqladığı gün yayılıb.

Tarix
2013.10.18 / 14:06
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla