Yuxarı

Rus hərbi bazalarının genişlənməsi: Azərbaycanı nə gözləyir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya 102-ci hərbi bazanı genişləndirməklə bölgədə nəzarətini gücləndirmək istəyir".

Bu sözləri "Axar.az"a açıqlamasında siyasi ekspert İlqar Vəlizadə deyib.

O, Gümrüdəki hərbi bazanın Dağlıq Qarabağa müdaxiləsinin inandırıcı olmadığını söyləyib:

"Doğrudur, bazanın imkanları genişləndirilir, amma bu, Rusiyanın başqa hədəfləri üçündür. Onlar bölgədə öz nəzarət funksiyalarını genişləndirmək istəyirlər".

İ.Vəlizadə Rusiyanın bununla regionu və digər ətraf əraziləri diqqət mərkəzində saxlamaq niyyətində olduğunu qeyd edib:

"Ermənilərə gəlincə isə, həmişə rus bazalarını öz qarantları kimi göstərirlər. Buna görə də hər dəfə rusları provokasiyaya çəkməyə çalışırlar. Lakin ruslar ermənilərdən daha geniş düşünür və məqsədləri daha geniş arealı əhatə edir".

Politoloq Zərdüşt Əlizadə isə Rusiyanın bu addımını faktiki olaraq Ermənistanın işğalını dərinləşdirməsi hesab edir:

"Rusiya nəyə görə Azərbaycanla münasibətləri korlamalıdır? Ermənistanın könlünü almaq üçünmü? Onsuz da bunu edir. Doğrudur, Rusiya Qarabağın işində bilavasitə iştirak edib, amma bundan o yana yox. Ruslar özləri də hər zaman savaş sözü gələndə həyasızcasına deyirlər ki, yox lazım deyil, mümkün olmaz".

Politoloq həmçinin Ermənistan dövlət adamlarının açıqlamasının sərsəm bəyanat olduğunu qeyd edib:

"Ermənistan dövlət adamlarının dedikləri boş bir şeydir. Onsuz da yalan diplomatiyanın qanunudur. Yalan olmasa, siyasət də olmazdı".

Qeyd edək ki, dünən Ermənistan prezident administrasiyasının rəhbəri Viqen Sərkisyan 102-ci hərbi bazanın köhnə SSRİ daxilində müharibələr zamanı istifadə edilə biləcəyini və ölkəsinin müdafiə qarantı olduğunu bəyan etmişdi.

Tarix
2013.12.04 / 13:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla