Ana səhifə Toplum |
Sakinlər icra başçısından şikayətçidir
Səbail rayon Arif İsmayılov küçəsi- 25-ci binada yaşayan bir qrup sakin rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və millət vəkilləri Fuad Muradovdan şikayətçidirlər.
"Axar.az"a daxil olan məlumatda bildirilir ki, onlarla sakin bir neçə ildir ağır mənzil şəraitində yaşayır. Xüsusilə binanın 2-ci mərtəbəsində yaşayanların həyatı qış fəsli yaxınlaşdıqca kabusa dönür. Hər dəfə yağışdan sonra mənzillər damır.
"Bu barədə cavabdeh təşkilatlara dəfələrlə müraciət etmişik. Amma səsimizə hay verən yoxdur. Binamızın ümumi pilləkəni də bərbad vəziyyətə idi. Aylarla aidiyyəti qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı, deputat Fuad Muradov problemimizi həll edəcəyinə söz versə də, yaxın durmadı. Binanın damına tol vurmaqdan bezmişik. Bütün ətraf binaların damı şiferlərlə təmir olunub, ancaq bizə çatanda, iş tilsimə düşüb".
Qeyd edək ki, bir müddət əvvəl bina sakinləri ölkə rəhbərliyinə də müraciət ünvanlayıblar.
Tarix
2013.10.21 / 12:23
|
Müəllif
Axar.az
|