Yuxarı

“Aqrolizinq” ASC-nin müdiri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

835.5 min manatlıq əmlak mənimsənilib

Respublika Baş Prokururluğundan "Axar.az"a daxil olan məlumata görə, "Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tədbirləri davam etdirilir.

Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadə ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində olan dövlət əmlakını mənimsəməkdə ittiham edilir.

9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində ittiham edilən Razi Talıbzadə haqqında yetərincə şübhə olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilib.

Tarix
2013.10.23 / 16:18
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla