Yuxarı

Asəf Quliyev AXCP-dən getməsinin səbəbini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefasının səbəblərini açıqlayıb.

A.Quliyev APA-ya açıqlamasında bildirib ki, son vaxtlar Milli Şurada baş verən proseslər qurumdan istefa verməsinə səbəb olub: "Mən sözsüz ki, heç kimin şəxsiyyətinə qarşı hər hansı fikir söyləyə bilmərəm. Hərənin öz şəxsiyyəti və fəaliyyəti var. Ancaq Mili Şura yarandığı gündən Mili Şuranın əleyhinə danışan, təbliğat aparan, Milli Şuranın yanlış olduğunu iddia edənlərin birdən-birə qurumda təmsil olunması, Cəmil Həsənlinin vəkili olması məni narahat edirdi. Ona görə də həmin adamlarla birlikdə olmamaq üçün Milli Şuradan istefa verdim".

AXCP-dən də getməsinin səbəbinin eyni olduğunu vurğulayan A.Quliyev partiyaya qarşı hər hansı iddiası olmadığını vurğulayıb: "Mən həyatımın əsas hissəsini orda keçirmişəm. Ona görə də təşkilat mənim üçün əzizdir".

AXCP-nin keçmiş funksioneri bundan sonrakı fəaliyyəti barədə də danışıb. O, yeni siyasi hərəkat formalaşdıracağını bildirib: "Sözsüz ki, bundan sonrakı fəaliyyətimi də uzun müddət xalq hərəkatında çiyin-çiyinə olduğum əqidədaşlarımla birlikdə davam etdirəcəyəm. Yeni bir hərəkat yaratmaq niyyətindəyik. Hərəkat tam fərqli bir formada olacaq. Azərbaycanda milli ideologiyanın təbliği, dövlətçilik, proseslərə münasibət hərəkatın ideologiyasını təşkil edəcək. Hələlik bununla bağlı müzakirələr gedir. Yəqin ki, dekabr ayında hərəkat tam formalaşacaq".

Tarix
2013.10.23 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla