Yuxarı

Şahbaz Xuduoğlu: "Ondan gözüm su içmədi"

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmışlar ötən həftənin xəbərini 7 rəngdə verir

Ağ:

Kitab yarmarkası oldu, Park Bulvarda. Kitaba olan maraq xeyli artıb. Kitablar haqqında danışmaq mənim üçün meditasiyadır.

Qara:

Babanın nəvəsinə görə intiharı qədər qara xəbər ola bilməz.

Sarı:

Sarı ördək nədirsə, ondan gözüm su içmədi.

Qırmızı:

Suriyaya hücum olmadı.

Göy:

Bakının ən hündür binalarından birindən "Azadlıq" prospekti ilə enən bir Fayton gördüm, gül-çiçəklə bəzənmişdi, sahilə doğru asta-asta hərəkət edən Faytonu izlədikcə gərginliyim azaldı, beynimdəki müharibələri sülh, əmin-amanlıq əvəz etdi. Fayton getdikcə uzaqlaşdı, sanki sıx İsmayıllı meşəsində gözdən itdi. İsmayıllı meşəsi, hündür ağacların arasında, üstünə süzülən işıq şüaları... Nədənsə məhz orda, o sıx meşəlikdə, illərlə qalaqlanmış xəzanında dolanmağı istədim.

Yaşıl:

Prezidentliyə namizədlər arasında hansının platformasında Azərbaycan kitab mədəniyyətinin, ədəbiyyatının inkişafına xidmət edən müddəa vardısa ona səs verdim.

Mavi:

Yanıma bir müəllim gəlmişdi, arıq, çəlimsiz, kostyumunun içində itmiş kimiydi. Təvazökar, utancaqlığı əl hərəkətlərinin işlətdiyi ifadələrə adekvat olması gözümdən yayınmadı. Bu an onun necədə böyük əlləri olduğunu gördüm; çox sağlam, dərisi sümüklərinin üstünə palıd qabığı kimi yapışmışdı. Özümü toparladım, kompüteri kənara itələdim. Atamı xatırladım, onun uzunsov, arıq iri əllərinin istisi vurdu məni. Qonağa çay təklif etdim, o isə istəmədi, dedim niyyətin nə idi, dedi sadəcə tanış olmaq istədim.

Tarix
2013.10.28 / 09:43
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla