Yuxarı

İşsizləri və büdcəni talayanlar – İşədüzəltmə büroları

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk işə düzəltmə agentliyi 1893-cü ildə ABŞ-da Fred Uilson adlı şəxs tərəfindən açılıb. Tarixdə "ikinci yaranan" kimi göstərilən agentliyin isə 1906-cı ildə Ketron Feltonun San-Fransiskoda baş verən zəlzələnin fəsadlarına qarşı yardım məqsədi ilə yaratdığı bildirilir. Get-gedə Avropa ölkələrində sayı artmağa başlayan agentlik və bürolar artıq xeyli vaxtdır Azərbaycanda da geniş şəkildə yayılıb.

Milli bürolar

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən və iş axtaran insanların ən çox müraciət etdikləri özəl müəssisələrdən biri də "İşə düzəltmə büroları"dır. Əvvəla, bu müəssisələrin girişində işə düzəltmə bürosunun adı ilə bağlı reklam lövhəsi olmasına baxmayaraq, bu tip obyektlərin nisbətən gözdən kənar yerlərdə olması diqqətimizi çəkdi. Bürolar əsasən şəhərin qədim yaşayış binalarının həyətində və yaxud yaşayış evlərində yerləşir. Paytaxt sakinlərindən bu büroya müraciət edən biriylə həmsöhbət olduqda deyir ki, əşşi, pulu alırlar, göndərirlər bir işə, o yerin də sahibi deyir ki, nömrəni qoy, əlaqə saxlıyarıq səninlə.

İlkin müşahidələrdə fəaliyyəti qanunsuz görünən işə düzəltmə mərkəzləri haqqında araşdırma etmək qərarına gəldik.

"İş axtarırıq"

Paytaxtın müxtəlif ərazilərində yerləşən bürolara iş axtaran vətəndaş kimi müraciət etdik. Əvvəlcə 28 may metrosu yaxınlığında olan "Şamil Əzizbəyov" küçəsindəki "Uğur" İşədüzəltmə mərkəzinə yollandıq. Yaşayış binasında yerləşən büro dar və təmiri bərbad vəziyyətdə olan bir otaqda fəaliyyət göstərir. "Büro" adlandırılan bu otaqda iki xanım işçi və bir neçə işaxtaran vardı. İnsanlar suallarını verib, cavablarını aldıqdan sonra bir-bir otağı tərk edirdi və nəhayət, növbə bizə çatdı.

Üç ay girovluq

İş üçün müraciət etdiyimizi bildirdikdən sonra xanım işçi yaşımızı, hərbi biletimizin olub-olmadığını və hansı vakansiya üçün müraciət etdiyimizi soruşdu. Kompüter sahəsi ilə əlaqəli işlərdə səriştəli olduğumuzu dedik. Xanımın bir neçə iş təklifindən sonra işə düzəlmək üçün qeydiyyata düşməyin lazım olduğunu anladıq və bizə qeydiyyat ödənişinin beş manat olduğu bildirildi.

- Beş manatı ödədik, amma göndərdiyiniz yerdə bizi işə götürməsələr, necə olacaq?" – soruşdum.

- Əməkdaşlağımız üç ay davam edəcək.

- Hansı əməkdaşlığın? Üç aydan sonra işə götürülməsəm necə olacaq?

Bu suallar açıq qalırdı.

İlk maaşdan 30 faiz

Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənədlə beş manat pulun verilməsi vacibdir. Daha sonra xanım işə düzələndən sonrakı mərhələdə ilk maaşın 30 faizini "Uğur servis işə düzəltmə mərkəzi"nə ödəyəcəyimizi, yalnız bundan sonra girov kimi saxladıqları şəxsiyyəti təsdiq edən sənədin bizə qaytarılacağını dedi. Məlumat üçün onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumat bürosundan aldığımız məlumata görə, şəxsiyyəti təsdiq edən sənədin girov kimi saxlanılması ölkə qanunlarına ziddir. Ödədiyimiz ilkin beş manatın qəbzinin verilib-verilməyəciyini soruşduqda xanım "əlbəttə" cavabını verdi.

Otaqda isə heç bir kassa aparatı-filan gözümüzə dəymədi.

Adicə kağız parçası

Növbəti axtarışımızda qarşımıza çıxan büro Səməd Vurğun bağı yaxınlığında yerləşən "Mansur" müəssisəsi oldu. Əvvəlki qayda ilə suallarımızı verib, işə düzəlmək üçün bağlanılan müqavilənin hansı qanuna əsasən tərtib olunduğunu soruşduq. Cavab aldıq:

- Bu müqavilə kağızının bir nüsxəsi sizdə qalacaq. Kökü də Vergilər Nazirliyinə çatır.

Bu büroda da qeydiyyat üçün beş manat və şəxsiyyəti təsdiq edən sənəd istənildi. Fərqlilik yalnız ilkin maaşın otuz yox, qırx faizinin "Mansur" işə düzəltmə bürosuna veriləcəyində idi. Son olaraq beş manat üçün qəbz tələb etdikdə, qəbz deyil, üst-üstə yığılan adi kağız parçasına məbləğin qeyd olunacağı məlum oldu.

Bu da oldu qəbz...

"İlkin" də beş manatdan yığır

"Nizami" metrosu yaxınlağında yerləşən "İlkin" İşədüzəltmə bürosuna yollandıq. Burada da müqavilənin tamamilə qeyri-rəsmi şəkildə aparıldığını gördük. Müqavilə üçün tələb olunan beş manata görə də qəbz-filan verilməyəcəyi deyildi.

İcazə var ki, işləyirik də

Ertəsi gün qeyd etdiyimiz ünvanlara redaksiyamızdan telefon zəngi açdıq – bu dəfə artıq "işədüzələn" yox, jurnalist kimi.

Əvvəlcə "Uğur" İşədüzəltmə Mərkəzi ilə əlaqə saxladıq.

- Fəaliyyətiniz qanunla tənzimlənirmi?

- Bəli.

- Bəs niyə kassa aparatınız yoxdur?

- Orası artıq bizlik deyil.

Daha sonra "hər hansı dövlət qurumunda qeydiyyatınız varmı" sualını verdik. Xanım "əlbəttə",- dedi.

- Hansı dövlət qurumunda qeydiyyatdan keçmisiniz?

– Bilirsiniz necədi? İcazə var ki, işləyirik də... Dərəbəylik deyil ki...

- Vergi ödəyirsinizmi?

- Bəli, ödəyirik.

- Kassa apartınız yoxdursa, hansı şəkildə ödəyirsiniz?

- Mən bunları bilmirəm. Onlar müdiriyyətin işidir.

- Müdiriyyətin nömrəsini verə bilərsinizmi?

- Yox, siz öz nömrənizi verin, özümüz əlaqə saxlayarıq...

"İlkin"in on beş yaşı var

Növbəti zəngimiz "İlkin" işə düzəltmə bürosuna oldu. "Axar.az"dan olduğumuzu bildirdikdən sonra telefon xəttində olan şəxs: "Fəaliyyətimiz qanunidir, 15 ildir ki, fəaliyyət göstəririk. Telefon vasitəsilə başqa heç bir sualınızı cavablandıra bilmərəm", – dedi.

"VÖEN" var, cavab yox!

"Mansur" İşədüzəltmə xidmətinə zəng etdiyimizdə isə bu müəssisənin də özəl və qanun çərçivəsində fəaliyyət göstərdiyi cavabını aldıq. Əlavə olaraq müəssisənin əməkdaşı vurğuladı ki, bizdə "VÖEN" də var. Qəbzlərin niyə kassa aparatından verilmədiyi barədə sual isə təbii ki, cavablandırılmadı.

İldə 72 min manat oğurluq

Müşahidələrdən sonra təxmini hesablama apardıq. Yəni: bu tip bürolara gün ərzində orta hesabla qırx nəfər müraciət edir. Qırx nəfər insanın beş manatdan ödəməsi bir büro üçün gündəlik iki yüz manat edir, bu isə ilə 72 min manat deməkdir! Bəs bu obyektlərin sahibləri vergi ödəyicələridirmi? Əgər vergi ödəyirlərsə, hansı şəkildə? Hər halda cavab axtarmağa çalışacağıq.

Tarix
2013.10.30 / 15:09
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla