Yuxarı

Türkiyədə açıq havada da siqaret çəkmək olmayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı yeni qanuna görə, uşaq parklarında, xəstəxana və məscid qarşısında siqaret çəkmək qadağan oluncaq. Habelə məktəb və məscidlərə 100 metr yaxınlıqda olan məsafədə siqaret satışı yasaqlanacaq.

Qanun layihəsi 18 maddədən ibarətdir və özündə böyük qadağaları əks etdirir. Qanuna görə, restoran, çayxana kimi məkanların açıq sahələrində tütün və tütün məhsulu istifadə edə bilməyənlər üçün xüsusi sahələr yaradılacaq.

Ticarət mərkəzi, kino və teatr kimi yerlərin girişlərində tütün istifadəsinin maneə törətməsinə aid passiv təsirlənmə məsafəsi təsbit ediləcək.

Bir sözlə, cəmiyyət və xüsusi sektora aid bütün xidmət vasitələrində tütün istifadəsi qadağan olunacaq.

Xatırladaq ki, bundan əvvəl qapalı yerlərdə siqaret çəkilməsini yasaqlayan Türkiyə həm də məscidlərin 100 metrlik məsafəsində spirtli içki satışını qadağan edən qanun qəbul etmişdi.

Açıq havada siqaret qadağası olan ölkələr...

ABŞ-ın Nyu York ştatında parklar, sahillər və hətta məşhur "Tayms Meydanı" belə "siqaretsiz" hala gətirilib.

Yeni Zelandiya 2003-də məktəb, məktəb bağçaları və iş yerlərində siqaret çəkmə qadağası qüvvəyə minib. İspaniya 2011-ci ilin yanvarında xəstəxana və parklarında siqaret çəkmə qadağasını tətbiq etməyə başlayıb.

Qeyd edək ki, dəniz sahilində siqaret qadağasını tətbiq edən ilk avropa ölkəsi Fransadır.

Tarix
2013.11.04 / 12:01
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla