Yuxarı

Azərbaycanda iki rüşvətxor məmur həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Mustafa Qurbanov və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin əməkdaşı Mirəvəz Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Axar.az"ın "APA"ya istinadən məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Mustafa Qurbanov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsində işləyən Mirəvəz Dünyamalıyev ilə qabaqcadan əlbir olaraq Şamaxı rayon sakininin babasına məxsus evi onun adına sənədləşdirmək üçün sonuncudan 1200 manat məbləğində pul tələb edib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində bu il martın 13-də Quliyev və Dünyamalıyev sonuncuya məxsus avtomobildə həmin məbləğdə pulu rüşvət kimi alarkən hər iki şəxs cinayət başında yaxalanıb.

Baxış zamanı Dünyamalıyevə məxsus avtomobildən rüşvət kimi aldıqları 1200 manat pul, üzərinə şikayətçinin mobil telefon nömrəsi yazılmış şəxsiyyət vəsiqəsinin surəti, xidməti otağından müxtəlif sənədlər, həmçinin Qurbanovun xidməti otağındakı seyfdən müxtəlif şəxslərin adına olan 10 ədəd şəxsiyyət vəsiqəsi, 20 ədəd bankomat kartı, PİN kodları yazılmış zərflər aşkar edilərək maddi sübut kimi götürülüb.

Tarix
2013.11.06 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla