Yuxarı

Müdafiə Nazirliyindən təkzib gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb: "Müdafiə Nazirliyi olaraq bildiririk ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır. Həmçinin, tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil".

Qeyd edək ki, ötən gün bəzi KİV-də noyabrın 7-də Beyləqanda yol ilə hərəkət edən tankın iki avtomobili əzərək daha sonra kanala düşməsi barədə məlumat yayılıb. (aznews.az)

Tarix
2013.11.09 / 17:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla