Yuxarı

AFFA Sakit Alıyevə yardım edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan simalarından olub. Vaxtilə Tovuzun "Turan" klubunun formasını geymiş Alıyev daha sonra doğma komandasında məşqçi kimi fəaliyyət göstərib. 2011-ci ilin mayında komandasına məşq keçdiyi zaman insult keçirərək məşqçi karyerasına son qoyub.

Artıq xeyli vaxtdır ki, veteran futbolçunun səhətindəki problemlər daha da kəskinləşib. Elə bu yaxınlarda Apasport.az saytına açıqlamasında vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Alıyevin maddi çatışmazlıqdan əziyyət çəkdiyi, problemlər içində çabaladığı hiss olunur. Veteran futbolçu AFFA-dan komək gözlədiyini də gizlətmir:

"Kömək istəməyə üzüm gəlmir. Tovuzun idman ictimaiyyəti mənim üçün müraciət edə bilər. Digər tərəfdən, AFFA-da çalışanlar da durumumdan xəbərsiz olmazlar. Hər halda, məsləhət bilsələr, yardım əli uzadarlar".

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu "axar.az"a verdiyi açıqlamada futbol qurumunun Sakit Alıyevə hərtərəfli dəstək olacağını bildirdi:

Sakit Alıyevin başına gələnlər haqda dünən mətbuatdan oxuduq. AFFA hər zaman futbol veteranlarına dəstəyini göstərib və Sakit Alıyev də istisna deyil. Biz ona hərtərfli dəstəyimizi göstərəcəyik və müəlicəsinin həlli yönündə öz köməyimzi əsirgəməcəyik".

Tarix
2013.09.10 / 13:10
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla