Yuxarı

Səhiyyə Nazirliyi sahibkarları cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvar-oktyabr ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 716 sahibkar inzibati qaydada cərimələnib.

"Axar.az"ın "Aznews.az"a istinadən verdiyi xəbərə görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.

Bu müddətdə 79 nəfər barədə materiallar inzibati orqanlara verilib.
Hesabat müddətində 212 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 251 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 8739, mikrobioloji göstəricilərinə görə 8175, toksikoloji göstəricilərinə görə 2282, radioloji göstəricilərinə görə isə 236 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub.

Nümunələrin 136-da orqanoleptik və fiziki-kimyəvi, 89-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin yanvar-oktyabr aylarında iaşə müəssisələrindən 27430 yaxma, 518 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 439-da, soyuq qəlyanaltıların 5-də bağırsaq çöpləri normadan artıq olub.

Tarix
2013.11.18 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla