Yuxarı

Namizədlərin plakatlarını külək cırır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadlıq" qəzetində yayılan məlumatda bildirilb ki, Ağdaş və Masallıda seçki təbliğatı üçün nəzərdə tutulmuş plakatlar cırılır, yazıların üstünə əlavə yazılar əlavə olunur. Milli Şuranın Mərkəzi Seçki qərargahının rəhbəri Gözəl Bayramlı bildirib ki, rayonlarda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki plakatlarını cırıb, onun seçki kampaniyasından istifadə etmək hüquqlarına mane olurlar.

Məsələ ilə əlaqədar MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevdən açıqlama aldıq. "Axar.az"a açıqlamasında məsələyə münasibət bildirən A.Sarıyev bildirdi ki, bu mövzuda komissiyaya heç bir məlumat daxil olmayıb. Plakatların cırılmaq məsələsi ilə bağlı isə xidmət rəhbəri bildirdi ki, bəzən mülkiyyətin sahibindən icazə almadan onun obyektinə bu cür plakatlar yapışdırırlar. Belə olan vəziyyətdə isə bu, obyekt sahibinin narazılığı ilə nəticələnir: "Bizdə belə bir məlumat toxdur. Amma sizə deyim ki, səsvermə ərəfəsində belə cəfəng məlumatların yayılması birinci dəfə deyil. Dəfələrlə olub ki, mətbuata seçki prosesinə qara yaxmaq məqsədi güdən bu və ya digər məzmunlu məlumatlar ötürülüb və nəhayətdə öz təsdiqini tapmayıb. O ki qaldı plakat məsələsinə, külək haradasa yaxşı yapışdırılmamış plakatı cırırsa, bunu niyə başqalarının ayağına yazırlar? Əvvələr də bəzi çevrələr olub ki, öz zəifliklərini, məğubiyyətlərini sığortlamaqdan ötrü belə taktikalardan istifadə ediblər".

Komissiyanın mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, istənilən qanunsuz hadisə baş verərsə, o zaman komissiya tərəfindən qərar qəbul ediləcək. Hələ ki, komissiyaya bu cür məlumatlar daxil olmayıb.

Tarix
2013.09.28 / 15:28
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla