Yuxarı

Şərqi Asiya təhlükə altında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnkişaf Bankının bu günlərdə dərc etdiyi hesabatda bildirilir ki, əgər hakimiyyət orqanları iqlimin dəyişməsi nəticəsində dənizin səviyyəsinin qalxmasına qarşı tədbirlər görməsələr, Şərqi Asiyada 2050-ci ildə bir milyondan çox insan yaşayış yerini dəyişməli olacaq.

"Axar.az"ın xəbərinə görə, hesabatda iqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun (İPCC) dərc etdiyi məlumat əsasında qlobal istiləşmənin Yaponiya, Çin, Koreya Respublikası və Monqolustana göstərə biləcəyi təsir təhlil edilir.

Ekspertlər qrupunun proqnozuna əsasən, 2050-ci ildə Yaponiyanın sahil rayonlarında yaşayan 64 min nəfər ölkənin içərilərinə doğru miqrasiya etməyə məcbur olacaqlar.

Hesabatda həmçinin bildirilir ki, ziyanın qarşını almaq üçün həmin dörd ölkənin illik ümumi xərcləri 2050-ci ilədək 36 milyard dollar təşkil edəcək.

Sənədin müəllifləri istixana qazlarına ayrılan emissiyaların ixtisar edilməsini və həmçinin ziyanın azaldılması üçün əlavə tədbirlərin görülməsini tövsiyə edirlər.

Tarix
2013.11.18 / 14:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla