Yuxarı

Britaniya Azərbaycan Hüquq Assosiasiyası təsis edilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Azərbaycan Hüquq Assosiasiyası (BAHA) təsis olunub.

Bu Assosiasiya İngiltərə və Uels Hüquq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə Londonda təsis edilmişdir.

Bakı Hüquq Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdir.

Londonda assosiasiyanın təsis olunması ilə bağlı tədbir Azərbaycanda və Birləşmiş Krallıqda fəaliyyət göstərən hüquq şirkətlərinin, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı və dəstəyi ilə keçirilmişdir.
Tədbirin səhər hissəsi tanınmış hüquq şirkətlərindən biri olan Withers LLP şirkətinin London şəhərinin hüquq mərkəzi hesab olunan Old Bailey küçəsindəki ofisində baş tutdu. Tədbirə şirkətin tərəfdaşlarından olan Andryu Terri sədrlik edirdi. A.Terri vergi sistemləri barədə təqdimatla çıxış edərək Azərbaycanda mövcud olan vergi sisteminin önəmli məqamlarına toxundu.

A.Terrinin təqdimatından sonra BHM Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Gülşən Həsənova "Azərbaycanın məhkəmə-hüquq sistemi və son islahatlar" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda keçmiş Sovet dövründən Azərbaycana miras qalan məhkəmə sisteminin köklü şəkildə dəyişməsi, ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sisteminin yaradılması və məhkəmə-hüquq sistemində aparılmış son islahatlar, Azərbaycan Respublikasının hüquq sistemi ilə Birləşmiş Krallığın hüquq sistemləri arasındakı fərqlər barədə geniş məlumat verildi. Təqdimat Birləşmiş Krallığın hüquqşünaslarının dərin marağına səbəb olmuşdur.

Ekvita MMC-nin direktoru İlqar Mehdi neft və qaz sektorunu tənzimləyən qanunvericlik, o cümlədən, Hasilatın Pay Bölgüsü haqqında Sazişlər barədə məlumat verdi. Tədbirin səhər hissəsini qiymətli kağızlar bazarı haqqında təqdimatla çıxış edən White&Case şirkətinin hüquq məsləhətçisi Chris Norte yekunlaşdırdı.
Səhər tədbiri başa çatdıqdan sonra azərbaycanlı hüquqşünaslardan ibarət nümayəndə heyəti məşhur Rolls Building və Kral Ədalət Məhkəməsinin (Royal Courts of Justice) binalarını ziyarət etdilər.

Tədbirin beynəlxalq mübahisələrin həllinə həsr edilmiş ikinci hissəsi İngiltərə və Uels Hüquq Cəmiyyətinin Chancery Lane ünvanında yerləşən binasında baş tutdu. Tədbir Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının sədri Adrian Haqesin sədrliyi altında keçdi. Tədbirin bu hissəsində Winston&Strawn, Withers LLP və 39 Essex Street Chambers (Londonun 39 Essex küçəsində yerləşən məşhur hüquq Palatası), Ekvita MMC-nin nümayəndələri beynəlxalq kommersiya arbitrajı, investisiya arbitrajı, Londonda mübahisələrin həlli, xarici arbitraj qərarlarının tanınması və icrası haqqında təqdimatlarla çıxış etdilər.

Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının təsis edilməsi ilə əlaqədar keçirilən axşam ziyafətində İngiltərə və Uels Hüquq Cəmiyyətinin prezidenti Nikolas Flak giriş sözü ilə çıxış etdi. O, tədbirin bütün iştirakçılarını salamladı, Azərbaycandan Londona təşrif buyurmuş hüquqşünaslara xüsusi minnətdarlığını bildirdi və yeni təsis edilmiş BAHA-nın iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Axşam ziyafətində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov tarixə nəzər salaraq, hüquq sahəsinin bütün dövlətlər üçün əhəmiyyətini vurğulamış və bununla bağlı təcrübə mübadiləsinin aktuallaşdığını diqqətə çatdırmışdır. Ölkələr arasındakı sıx əməkdaşlıq əlaqələrindən bəhs edən F.Qurbanov bütün sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirmişdir. Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əlaqələrə toxunan səfir respublikamızın uğurlarından, Britaniya şirkətlərinin ölkəmizdəki fəaliyyətindən, dünya əhəmiyyətli layihələrdə birgə iştirakdan bəhs etmişdir. O vurğulamışdır ki, iqtisadi sahədə genişlənməkdə olan əməkdaşlıq hər iki ölkənin hüquqşünasları arasında da sıx münasibətlər yaranmasını gündəmə gətirir. Məhz bu səbəbdən BAHA-nın Britaniya və Azərbaycan hüquq şirkətləri arasında əməkdaşlıq əlaqələrini təşviq edəcəyinə, ikitərəfli iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid bəslədiyini ifadə etmişdir.

BAHA-nın sədri Adrian Haqes Assosiasiyanın fəaliyyətinin vacibliyini vurğulayaraq onun hər iki ölkə arasında peşəkar hüquqşünasların təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. A.Haqes, həmçinin qurumun ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında da özünəməxsus rol oynayacağına əminliyini dilə gətirmişdir.

BAHA-nın sədr müavini Rəvan Məhərrəmov Assosiasiyanın fəaliyyəti və gələcək planları haqqında məlumat vermiş, Assosiasiyanın təsis edilməsində dəstəyini əsirgəməyən təşkilatlara və bütün iştirakçılara minnətdarlığını bildirmişdir.

Tarix
2013.11.20 / 11:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla