Yuxarı

KİV rəhbərlərindən DİN-ə sərt cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İttiham olunası bir qurum varsa, o da DİN-dir

DİN-in rəsmi saytında ölkəmizdəki cinayət hadisələrinin statistikasını göstərən mətnin yarımbaşlıq hissəsində KİV-lə bağlı bir ittiham da yer alıb: "Son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsusən ağır cinayətlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir".

Axar.az saytı olaraq DİN-in KİV-lə bağlı olan fikrini qiymətləndirmək üçün bir neçə redaksiya ilə əlaqə saxladıq.

Xalid Kazımlı (Musavat.com-un baş redaktoru):

- Bu cür tənqidi fikirlər konkret yazılmalıdır. Hamı da bilməlidir ki, hansı kütləvi informasiya vasitələri və hansı ayrı-ayrı şəxslər hansı ağır cinayətlərə dair necə həqiqətə uyğun olmayan sözlər danışıblar. DİN mətbuat xidməti konkret, dəlil-sübutlu, ad və ünvan göstərməklə açıqlama verməlidir. Bu açıqlamada dörd qeyri-müəyyən iddia-ittiham var.

Bəxtiyar Əlirzayev ("Publika.az" saytının redaktoru):

- Ümumiyyətlə, zaman-zaman Azərbaycanda "Kenya təəssüratı" yaratmağa cəhd edən mətbu orqanlar açılıb və nüfuz qazanmadığına görə bağlanıb. Ancaq düşünürəm ki, hazırkı durumda, bu məqama görə ciddi narahat olmağa dəyməz. Xarici güclər qarşısında hansısa öhdəlik götürüb bu tipli fikirləri KİV-lərə çıxarmaq olduqca zəif addımdır. "Publika.az" olaraq isə bizdə bu tipli fikirlərə qətiyyən yer verilməz. Bu, qolunun gücünü kiməsə nümayiş etdirmək üçün əlinə külüng alıb öz evini dağıtmağa oxşamırmı?

Elbrus Ərud ("Qafqazinfo.az"ın baş redaktoru):

- DİN əgər bu fikri səsləndirirsə, konkret olaraq adlar qeyd etməlidir. Xüsusi adlar qeyd olunmadığı halda, KİV qətiyyən ittiham oluna bilməz. Bu məsələdə ittiham olunası bir qurum varsa, o da DİN özüdür. Onların mətbuat orqanları haqqında bildirdiyi fikirlər bir çox hallarda fiaskoya uğrayıb.

Elçin Zahiroğlu ("Aznews.az" saytının baş redaktoru):

- Ölkədə baş verən cinayət hadisələrinin statistikası, cinayətlərin xarakteri vətəndaşlarda müəyyən narahatlıq yarada bilər. Məsələn, vətəndaş düşünə bilər ki, ölkədə bir jurnalistin, hüquq müdafiəçisinin evindən odlu silah, qumbara çıxırsa, deməli, cinayətkarların, kriminala yaxın şəxslərin evində ən azından tank var. Və əgər belədirsə, deməli, ölkədə kriminal durum təhlükəli həddədir. Bir daha qeyd edirəm ki, bu təsəvvürü oxucularda, adi vətəndaşlarda biz formalaşdırmırıq. Bu fikirlər aidiyyəti qurumların məlumatları, hesabatları, əməliyyatları əsasında formalaşır. İndi həmin o mətbuatı qınayan qurumlar, vəzifəli şəxslər oturub düşünməlidir: Günah kimindir?"

Seymur Həzi ("Azadlıq" qəzetinin siyasət şöbəsinin müdiri):

- Üzümü KİV-i həqiqətə uyğun olmayan fikirlər səsləndirməkdə ittiham edən Daxili İşlər Nazirliyinə tuturam - bəlkə Elmar Hüseynovun, Rail Rzayevin, Fətullah Hüseynovun, Ziya Bünyadovun qətllərinin üstünü açmısınız? Əgər elədirsə, bizə də deyin...

Tarix
2013.09.24 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla