Yuxarı

Tağı Əhmədova qarşı imzatoplama kampaniyası başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xəbər verir ki, Bakı Metropoliteni ilə bağlı imzatoplama kampaniyası başlanıb. Səbəb isə, metronun 28 may stansiyasının təmirdən sonra yerə sürüşkən mərmər daşların döşənməsidir.

İmzatoplama ideyasının müəllifi gənc fəal Nərmin Rəhimlidir. "Change.org" petisiya saytında təşkil edilmiş elektron imzatoplama kampaniyasının məktubunda yazılıb:

"Cənab Tağı müəllim,

Biz, aşağıda imza edənlər, ictimai nəqliyyatdan istifadə edən Azərbaycan vətəndaşları kimi sizə müraciət edərək bildiririk ki, əhalinin ən sıx istifadə etdiyi stansiyalardan 28 May metro-stansiyası təmirdən sonra istifadə üçün yararsız hala düşüb.

Stansiya daxilində perronlara döşənmiş "mərmər"dən olduğu söylənən döşəmə əhalinin hərəkətini çox çətinləşdirir, həyat və sağlamlığına ciddi təhlükə törədir. Təsadüfi deyil ki, istər sosial şəbəkələrdə, istər mətbuatda tez-tez yıxılan, xəsarət alan vətəndaşlarla bağlı məlumatlar yayılır. Pilləkənlərdən əlavə perronlarda da eyni materiallardan istifadə olması əhalinin relslərin üzərinə yıxılması təhlükəsini, bədbəxt hadisələr riskini dəfələrlə artırır.

Daha ciddi bədbəxtliklərin baş verməməsi üçün öncədən tədbirlərin görülməsini və dərhal bu problemin həllini təmin etməyi xahiş edirik.

Bu müraciət eyni zamanda Nəqliyyat nazirinə və problemin həllinə nəzarətin təmin edilməsi üçün Cənab Prezidentə də ünvanlanıb".

Tarix
2013.11.21 / 11:43
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla