Yuxarı

Abdullah Gülün suflyoru işləmədi, nitqini kəsdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Abdullah Gül Boğaziçi sammitində çıxışı zamanı qarşısındakı suflyorun yaratdığı problemlə əlaqədar çətin vəziyyətə düşüb.

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, prezident suflyordakı mətni oxuya bilməyib. Buna səbəb isə mətndə cümlələrin tərsinə çevrilməsi olub. Bir qədər suflyora baxan Gül daha sonra problemin aradan qaldırılması üçün kömək istəyib. Gül vəziyyəti iclas iştirakçılarına izah etdikdə isə gülüşə səbəb olub.

"Niyə gülümsədiyimi bəlkə də anlamısınız, ya da bu sizə yəqin ki, maraqlıdır. Bu suflyorlarla danışmaq daha rahatdır. Ancaq suflyorda bir problem olarsa, mütləq əlavə birinə ehtiyac duyursan. Suflyorda mətn tərsinə yazılmışdı. Ona görə də yaddaşın möhkəm olması vacibdir. Əslində mən klassik metodu sevirəm, lakin bunlarla daha asan olur".

Daha sonra problem aradan qaldırılıb və Gül çıxışına davam edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev heç vaxt suflyordan istifadə etməyib.

Tarix
2013.11.21 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla