Yuxarı

Rusiyada "uçan boşqab" hazırlanır - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə ildə özündə təyyarə və vertolyotların xüsusiyyətlərini daşıyan hibrid uçuş aparatları ilə bağlı layihələr həyata keçirilir. Məqsəd daha keyfiyyətli hava nəqliyyatı vasitələrinin hazırlanmasıdır. Belə layihələrlə bir neçə ölkə məşğul olur. Bəzilərinin tarixi isə 1980-ci ildən əvvələ dayanır.

Həm təyyarə, həm vertolyot

2012-ci ildə Avropada hər cür səthə maksimal dərəcədə qısa məsafədən uçuş və enişlər edə bilən hibrid təyyarələrin layihəsi hazırlandı. Layihəyə Avropa Komissiyası nəzarət edir, rəhbər isə Riqa Texniki Universitetindən Aleksandr Qamalevdir.

Bu aparat təyyarənin, dirijablın, vertolyotun bütün keyfiyyətlərini özündə birləşdirməlidir.

Hazırda təyyarənin 4 yeni versiyasının hazırlanması planlaşdırılır. Yeni təyyarənin layihəsi 2014-ci ildə tamamlanacaq.

Tümendən gələn ideya

Avropa layihəsinin bünövrəsində Rusiya mühəndisi Aleksandr Filimonovun 1987-ci ildə təklif etdiyi ideya və inkişafı yatır. Təyyarənin eksperimental nümunəsi Tümendə 10 il ərzində hazırlanıb.

"Bella – 1"in çəkisi 1,2 ton, uzunluğu 10 m, diametri isə 1,8 m olub. O, hərəsi 64 at gücünə malik iki hərəkət mühərriki ilə təchiz edilib. Disk formalı açılıb-qatlanan qanadları ilə "Bella-1" 300 km məsafəyə qədər 60-250 km/s sürətlə uçmağa qadirdir.

1997-ci ildə "Bella-1" sənaye nümunəsi və icad kimi Rusiya, ABŞ və Almaniyada patent alıb.

ESTOLAS və "Bella-1" oxşar tədqiqatlar ABŞ-ın hərbi maraqlarına uyğun olaraq 2010-2012-ci illərdə aparılıb.

Digər təyyarənın adı LEMV-dir. Onun uzunluğu 91,5 m, yükqaldırma gücü isə 1,1 tondur. Aparat 21 gün ərzində 6000 m hündürlükdə havada qalmalı idi. İlk uçuşu 2012-ci ilin avqustunda həyata keçib. Uçuşun müddəti 90 dəqiqə çəkib.

2012-ci ilin payızında LEMV layihəsi bağlanıb. İlkin plana görə 2013-cü ilin fevralında Əfqanıstanda sınaqdan keçməsi planlaşdırılsa da, bu, baş tutmayıb. Əvvəlcə layihəyə 517 milyon dollar pul ayırmaq düşünülsə də, yalnız 154 milyon dollar xərclənib.

2010-cu ildə Rusiyanın Ulyanovsk vilayətində "uçan boşqab" yaratmaq üçün beş illik proqram təsdiq edilsə də, layihə kağız üzərində qalıb.

Tarix
2013.11.22 / 11:15
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla