Yuxarı

“Allah qayıdır?!” Ukraynada

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Ukrayna Millətçilər Konqresinin binasında yazar Zümrüd Yağmurun "Allah qayıdır?!" kitabının təqdimat mərasimi keçirilib.

Xatırladaq ki, müəllifin "Allah qayıdır?!" romanı 2010-cu ildə Bakıda nəşr olunub, 2013-cü ilin noyabrında isə kitab ukrayn dilinə tərcümə olunaraq bu ölkədə çap olunub. Kitaba ön sözü Lvov Universitetinin ədəbiyyat kafedrasının müdiri, tanınmış alim professor İqor Pavlyuk yazıb. Pavlyuk kitabı mənəvi dəyərinə görə İncillə müqayisə edərək, müasir ədəbiyyatın parlaq nümunələrindən biri adlandırıb.

Təqdimetmə mərasimində Ukrayna millətçilər Konqresinin sədri Stepan Bratsun Zümrüd Yağmurun kitabından bəhs edərkən bildirib ki, belə bir əsərə Ukraynada da ehtiyac var. Çünki əsərdə göstərilən hadisələr, baş verənlər bir qədər fərqli olsa da, Ukraynada da baş verir.

Tədbirdə çıxış edən Ukrayna Jurnalistlər Birliyinin icraçı direktoru, kitabın Ukraynada dərc olunmasında böyük rolu olan Elxan Nuriyev də çıxış edərək dedi ki, Azərbaycandan burda kitabların dərc olunması ilə bağlı çox təkliflər gəlir. Amma ədəbiyyatda elə mövzular var ki, onla hər zaman aktualdır. Bu da xalqların azadlığıdır. Bu baxımdan Zümrüd Yağmurun əsəri də mənə gələn kitablar içində ən dəyərli hesab etdiyim kitab kimi diqqətimi cəlb etdi və mən düşünürəm ki, seçimimdə yanılmamışam. Çünki kitaba olan reaksiyalar bunu deməyə əsas verir.

Daha sonra Çeçenistanın milli qəhramanı, "Millət və dövlət" qəzetinin baş redaktoru Mariya Bazelyuka söz verildi və o kitabı bir nəfəsə oxuduğunu, əsərin reallıqları tam əks etdirdiyini bildirərək qeyd etdi ki, Zümrüd Yağmurun romanını o qədər bəyənib ki, təkçə oxucu kimi qalmayıb, həm də bu əsər haqqında mətbuatda məqalə ilə çıxış edib.

Təqdimatda həmçinin Ukraynaşünaslıq institunun direktoru, tarix elmələri doktoru Pyotr Konenenko, xalq deputatlarından Koşçineç, Oleq Matkiyvskiy və digərləri çıxış edərək əsəri yüksək qiymətləndirib.

Mərasimin sönubda isə yazıçının özü çıxış edib. O, Azərbaycandakı duruma diqət çəkib və bildirib ki, indi burda ikiyə parçalanmış, bir parcası işğal altında olan, genosidə məruz qalmış bir xalqın yazarı kimi çıxış etməkdə məyusdur.

Təqdimetmə mərasimində jurnalistlər də iştirak edib. "Ukrayna" dərgisinin müxbiri isə yazardan geniş müsahibə alıb və əsərin əsas qayəsi ilə maraqlanıb.

Tarix
2013.11.23 / 16:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla